Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
Macarıstan aktivləri bazar günü keçiriləcək səsvermə ərəfəsində uzun müddətdir qeydə alınmayan ən yüksək səviyyələrə yaxınlaşıb.
Marja.az xəbər verir ki, investorlar, sorğuların "Tisza" Partiyasını hakimiyyətdə olan "Fidesz" Partiyasının önünə çıxarması fonunda Viktor Orban dövrünün başa çata biləcəyini proqnozlaşdırırlar.
Həftənin əvvəlində avroya qarşı 2023-cü ildən bəri ən güclü səviyyəsini test edən forint Yaxın Şərqdəki müharibənin yaratdığı dalğalanmanı geridə qoyaraq bərpa meylini davam etdirir.
JPMorgan Chase & Co. indekslərinə görə, Macarıstanın dollarla ifadə olunan istiqrazları ilə ABŞ xəzinə istiqrazları arasındakı gəlirlilik fərqi bir il əvvəlki 200 baza bənddən 126 bəndə düşüb.
Yerli valyuta ilə ifadə olunan 10 illik istiqrazların gəlirliliyi isə ötən ay qeydə alınan ən yüksək səviyyədən 80 baza bənddən çox azalaraq cümə günü etibarilə 6,6 % səviyyəsinə enib.
Tisza-nın qələbəsi: Aİ fondları və avro gözləntisi
Bazarlardakı optimizmin əsas səbəbi Peter Magyarın rəhbərlik etdiyi "Tisza" Partiyasının qələbə qazanacağı təqdirdə Brüssel ilə dondurulmuş 220 milyard dollarlıq fondlar üzrə sürətli danışıqlar prosesinin başlanacağı gözləntisidir.
"Neuberger Berman" şirkətinin baş iqtisadçısı Kaan Nazlı bildirib ki, Tisza-nın qələbəsi Avropa İttifaqı fondlarına çıxışı sürətləndirəcək və bu vəziyyət xarici borclanma ehtiyacını məhdudlaşdıraraq, avrobondların dəyər qazanmasına səbəb olacaq. Strateqlər yeni hökumətin orta müddətdə avroya keçid prosesini də başlada biləcəyinə diqqət çəkirlər.
Forint üçün kritik səviyyələr
Seçkilərin nəticəsindən asılı olaraq Macar forintində (HUF) baş verə biləcək mümkün hərəkətlərlə bağlı analitiklər aşağıdakı proqnozları irəli sürürlər:
Tisza-nın qələbəsi: Commerzbank iqtisadçılarına görə, Yaxın Şərqdəki vəziyyətin də sabitləşməsi halında Euro/HUF məzənnəsi 365 səviyyəsinə qədər geriləyə bilər (forint bahalaşa, avro ucuzlaşa bilər). (Hazırda bu göstərici 376-dır.)
Fidesz-in (Orbanın) qələbəsi: Barclays strateqləri xəbərdarlıq edir ki, Orba müttəfiqlərini səfərbər edərək gözlənilməz qələbə qazanarsa, forint avroya qarşı 405–410 diapazonuna qədər dəyər itirə bilər.
İran müharibəsinin yaratdığı volatillik geridə qalıb
Mart ayında Yaxın Şərqdəki qarşıdurmaların təsiri ilə avroya qarşı 5 % dəyər itirən forint, bölgədəki gərginliyin müəyyən qədər səngiməsi ilə itkilərinin demək olar ki, hamısını geri qaytarıb.
Citigroup strateqi Luis Costa bildirib ki, İran müharibəsindən sonra bazar mövqeləri “daha təmiz və daha əlverişli” vəziyyətə gəlib və valyuta hedcinqi olmadan (unhedged) yerli istiqrazlarda uzun mövqe tutulmasını tövsiyə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















