"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
Holdinqin şirkətləri dövlət büdcəsinə 221,9 milyon manat vergi ödəyib.NEQSOL Holding tərkibində fəaliyyət göstərən dörd şirkət Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 2025-ci il üzrə Azərbaycanın ən böyük 100 vergi ödəyicisi siyahısına daxil edilib.
2025-ci ildə NEQSOL Holding şirkətləri Azərbaycan dövlət büdcəsinə ümumilikdə 221,9 milyon manat vergi ödəyib. Beləliklə, NEQSOL Holding ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdən biri olub.
Ümumən, NEQSOL Holding tərkibində aparıcı vergi ödəyicilər sırasına "Azerconnect Group", "Norm", "Bakcell", "AzerTelecom", eləcə də "Nobel Energy" və digər qrup şirkətləri daxildir.
NEQSOL Holding-in iki şirkəti –"Azerconnect Group" və "Norm" – həmçinin Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ən böyük 10 vergi ödəyicisi sırasındadır.
“2025-ci ildə NEQSOL Holding 221,9 milyon manat vergi ödəyib və dörd şirkətimiz ölkənin ən böyük 100 vergi ödəyicisi sırasında qərarlaşıb. Əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, holdinq dayanıqlı biznes fəaliyyəti, sərmayələr, yeni iş yerlərinin yaradılması və sosial təşəbbüslər vasitəsilə Azərbaycanın iqtisadi inkişafına töhfə verməyə davam edir. Bu nəticələr holdinqin iqtisadi artım, şəffaflıq və korporativ sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir,” – deyə NEQSOL Holding-in Qrup üzrə Baş Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycan üzrə rəhbəri İmran Əhmədzadə bildirib.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə xüsusi önəm verir və inkişaf etdikcə ölkənin iqtisadi və sosial tərəqqisinə töhfə verməyə sadiq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
24 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
33 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























