Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Qarabağ filialının Xankəndi şəhərində yerləşən “Xankəndi” Biznes Mərkəzində rəsmi açılış mərasimi keçirilib.
Marja xəbər verir ki, tədbirdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Xüsusi nümayəndəliyin və EMTA-nın Qarabağ filialının əməkdaşları iştirak ediblər.
Açılış mərasimində Samir Axundov bildirib ki, Xankəndidə Qarabağ filialının açılması həm tarixi, həm də strateji hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsindəki şanlı qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub. Qarabağa qayıdış dövlət siyasətinin əsas prioritetlərindəndir və bu bölgədə əhalinin yaşayışının təmin olunması, müxtəlif dövlət qurumlarının fəaliyyətinin bərpası əsas vəzifələrdən biridir.
Səbuhi Qəhrəmanov Qarabağa qayıdış çərçivəsində dövlət qurumlarının bölgədə fəaliyyətinin bərpa olunduğunu vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın bu gün də davam etdiyini və respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələrin doğma yurdlarına qayıtdıqlarını qeyd edib.
Bildirilib ki, filialın ofisinin Xankəndidə açılması həm bu bölgənin sakinləri, həm də burada fəaliyyət göstərən və göstərəcək müəssisələr üçün əlçatan xidmət deməkdir. Bu, dövlət siyasətinin bölgələrdə təhlükəsiz, davamlı və effektiv şəkildə həyata keçirilməsini təmin edir. Xankəndi şəhərində filialın açılması Qarabağa qayıdışın, işğaldan azad olunmuş torpaqlara geri dönən vətəndaşların yaşayışının təmin olunması ilə yanaşı, bölgədə sabitliyin və inkişafın bərqərar olmasının göstəricisidir.
Qeyd edək ki, Qarabağ filialının fəaliyyət ərazisinə Şuşa və Xankəndi şəhərləri, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları daxildir.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentliyin Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Xaçmaz, Lənkəran, Kürdəmir, Tovuz, Şəki, Qarabağ olmaqla, ümumilikdə 11 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























