Buğda qiymətlərində artım başlayıb
Buğda qiymətlərində İran müharibəsi ilə əlaqəli olaraq gübrə tədarükündə yaranan çətinliklər və əlverişsiz hava şəraiti səbəbindən təxminən iki ayın ən böyük həftəlik artımı qeydə alınıb. ABŞ, Avstraliya, Qara dəniz kənd təsərrüfatı bölgəsinin bəzi hissələrində və Avropa daxil olmaqla mühüm regionlarda müşahidə olunan quraqlıq buğda təklifi gözləntilərinə mənfi təsir göstərib.
Marja xəbər verir ki, davam edən hava şəraiti ilə bağlı narahatlıqlar və İran müharibəsi ilə əlaqəli gübrə tədarükündə çətinliklər buğda təklifi ilə bağlı riskləri artırıb və qiymətlərdə təxminən son iki ayın ən güclü həftəlik artımı baş verib.
Çikaqo Ticarət Birjasındakı buğda fyuçersləri fevral ayından bəri ən böyük sıçrayışı edərək həftəlik müqayisədə təxminən 5% artım göstərib.
"Vaisala XWeathe"nin son proqnozlarına görə, ABŞ-ın Böyük Düzənliklər bölgəsində quraqlıq şəraitinin davam edəcəyi gözlənilir. Avstraliyada isə kənd təsərrüfatı resurslarında yaranan çatışmazlıq və davam edən quraqlıq əsas istehsalçı və ixracatçı ölkədə buğda əkin sahələrinə mənfi təsir göstərir.
Bundan əlavə, Qara dəniz regionunun bəzi hissələrində və Avropanın müəyyən bölgələrində də əlverişsiz hava şəraiti dünyanın ən böyük istehsal regionlarından bəzilərində buğda təklifini zəiflədib.
Donald Tramp ABŞ və İranın daimi atəşkəs əldə edə biləcəyini deyib və yeddinci həftəsinə yaxınlaşan münaqişənin bitə biləcəyi ilə bağlı nikbinlik yaradıb. Lakin Hörmüz boğazı böyük ölçüdə bağlı qalmağa davam edir ki, bu da enerji və gübrə böhranını uzadır və qlobal miqyasda əsas kənd təsərrüfatı məhsullarının istehsalını təhlükə altına qoyur.
Buğdanın qiyməti Çikaqo birjasında 6,07 dollar səviyyəsinə, Kanzas buğdasının qiyməti isə 6,56 dollar səviyyəsinə çatıb. Qarğıdalı və soya da bahalaşıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Qeyd edək ki, 2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub. 2025-ci ildə ölkəmizə 275 milyon 626 min dollar dəyərində 1 milyon 267 min 322 ton buğda idxal olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















