“Azeronline” yüksək sürətli internet performansı üzrə lider mövqeyini gücləndirir
“Azeronline” 150 Mbps və daha yüksək sürət göstəricisi ilə ən yüksək kateqoriyada yer alıb(®) Azərbaycanın aparıcı internet provayderlərindən biri olan “Azeronline” sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2026-cı ilin fevral ayı üzrə dərc etdiyi rəsmi hesabatda ölkə üzrə internet performansının əhəmiyyətli dərəcədə yaxşılaşdığı qeyd olunur. Hesabata əsasən, sabit genişzolaqlı internet üzrə median yükləmə sürəti 91.38 Mbps, yükləmə sürəti isə 93.12 Mbps təşkil edib, gecikmə isə 4 ms səviyyəsində olub .
Eyni hesabatda provayderlər sürət kateqoriyaları üzrə təsnif edilərkən “Azeronline” 150 Mbps və daha yüksək sürət göstəricisi ilə ən yüksək kateqoriyada yer alıb . Bu nəticə şirkətin yüksək performanslı fiber-optik infrastruktur və müasir texnoloji həllər üzərində qurulmuş şəbəkəsinin effektivliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, ölkə üzrə internet sürətində son dövrlərdə müşahidə olunan artım ümumi rəqəmsal transformasiya prosesinin tərkib hissəsidir. 2026-cı ilin fevral göstəricilərinə əsasən Azərbaycan üzrə sabit genişzolaqlı internet sürətləri yüksək səviyyəyə çatmış və bu dinamika ölkədə rəqəmsal infrastrukturun inkişafını əks etdirir.
“Azeronline”ın texnoloji yanaşması bu müsbət dinamikanın formalaşmasında mühüm rol oynayır. Şirkət tərəfindən həyata keçirilən şəbəkə modernizasiyası, fiber-optik genişlənmə və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi nəticəsində istifadəçilərə daha stabil, sürətli və aşağı gecikməli internet xidmətləri təqdim olunur.
Qeyd edək ki, hesabat beynəlxalq Ookla Speedtest Intelligence platformasının məlumatları əsasında hazırlanır və ölkə üzrə internet xidmətlərinin obyektiv qiymətləndirilməsini təmin edir.
“Azeronline” bundan sonra da şəbəkə imkanlarını genişləndirmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq istiqamətində inkişafını davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
24 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
33 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























