Trumpdan G20 Zirvəsinə Putini dəvət planı
ABŞ-ın Florida ştatının Mayami şəhəri 14–15 dekabr tarixlərində G20 Liderlər Zirvəsinə ev sahibliyi etməyə hazırlaşır.
Bu ilki zirvənin artıq tarixə düşə biləcəyi barədə danışılır.
Yayılan məlumata görə, ABŞ Prezidenti Donald Tramp Mayamidə keçiriləcək G20 Zirvəsinə Rusiya Prezidenti Vladimir Putini də dəvət etməyə hazırlaşır. Tramp administrasiyasından yüksək səviyyəli bir rəsmiyə istinadən qeyd olunub ki, “Bütün G20 üzvləri həm nazir səviyyəsindəki görüşlərə, həm də liderlər zirvəsinə dəvət ediləcək”.
Tramp isə dünən Oval Ofisdə keçirdiyi mətbuat konfransında Putinin G20 dəvəti ilə bağlı suala cavab verərək “Gəlib-gəlməyəcəyini bilmirəm. Açığı, gələcəyinə şübhə edirəm” deyib.
Tramp Putinin dəvət olunmasını dəstəklədiyini bildirərək “Gələrsə, çox güman ki, çox faydalı olar” ifadəsini işlədib.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Putinə qarşı həbs qərarı çıxarmışdır. ABŞ isə Trampın aktiv şəkildə qarşı çıxdığı ICC-nin üzvü deyil.
Putin əvvəlcə koronavirus pandemiyası, daha sonra isə müharibə səbəbindən 2019-cu ildən bəri G20 zirvələrində iştirak etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®

























