Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!
(®) Bu gün mənzil alarkən ən vacib məqamlardan biri seçim imkanlarının geniş olmasıdır. Kimisi hazır evə köçmək istəyir, kimisi tikinti mərhələsində daha sərfəli variant axtarır, bəziləri isə tam əşyalı mənzillərə üstünlük verir. Bu ehtiyacları bir layihədə cəmləyən “Park Yasamal” isə seçim imkanlarını daha əlçatan edir. Əsas məsələ sənə uyğun olanı tapmaqdır.
“Park Yasamal” layihəsi Yasamal gölü yaxınlığında yerləşən, bulvar mənzərəsi təqdim edən və müasir şəhər həyatının əsas üstünlüklərini bir araya gətirən yaşayış kompleksidir. Kompleksdə hazır və tam təmirli, optimal planlaşdırılmış 2, 3, 4 otaqlı və studiya tipli mənzillər təklif olunur. Mənzillər keyfiyyətli materiallarla təmir olunur və sakinlərə rahat və komfortlu həyat şəraiti təqdim edir.
Əsas üstünlük isə odur ki, burada müxtəlif istək və büdcəyə uyğun bu mənzillərə sərfəli ipoteka şərtləri ilə sahib olmaq mümkündür. Tikintisi davam edən mənzillər 15%-dən başlayan, hazır və əşyalı mənzillər isə 30%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka imkanı ilə satışdadır.

“Park Yasamal” Yasamal rayonunda, şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. 3 saylı ASAN xidmət və Bayraq parkının yaxınlığı isə gündəlik həyatını xeyli asanlaşdırır — istər işə, istərsə də şəhərin digər istiqamətlərinə sürətli və rahat çıxış imkanı yaradır. Bu, həm vaxtına qənaət edir, həm də həyat ritmini daha balanslı edir.
Kompleksdə sakinlərin gündəlik həyatını komfortlu etmək üçün hər detal düşünülüb.Kompleks yalnız mənzillərlə deyil, yaratdığı yaşayış mühiti ilə də seçilir. Geniş və yaşıllıqla zəngin həyət, göl ətrafı istirahət zonaları, futbol meydançası və kompleks daxilində fəaliyyət göstərən özəl uşaq bağçası ailələr üçün rahat və təhlükəsiz mühit formalaşdırır. 24/7 kamera nəzarəti və geniş avtodayanacaq isə gündəlik komfortu tamamlayır. Mənzillər yüksək keyfiyyət standartlarına uyğun inşa olunur.
Mənzillərin təmiri zamanı istifadə olunan materiallar da layihənin yüksək keyfiyyətini aydın şəkildə göstərir: Almaniyanın “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları, yanmayan “Prysmian” kabelləri, divarlarda “Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında “GROHE”, ümumi və sanitar sahələrdə isə “Infinity” keramoqranitləri istifadə olunur. Bütün mənzillər səs və istilik izolyasiyası təmin edilir, sakinlərə tam təmirli, kommunal xidmətlərlə birlikdə təhvil verilir.

Mənzil əldə etmək üçün təklif olunan şərtlər də kifayət qədər çevikdir. Cəmi 30%-dən başlayan ilkin ödənişlə qərar verərək ev sahibi olmağa ilk addımı ata bilərsən. Bununla yanaşı, mənzilləri 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya “Evini hissə-hissə al” modeli ilə faizsiz və aylıq öhdəliksiz şəkildə əldə etmək mümkündür.

Əgər sən də həm yaşamaq, həm də sərfəli investisiya etmək üçün doğru zamanı gözləyirdinsə, bu imkan artıq qarşındadır. Daha ətraflı məlumat almaq üçün satış ofisinə yaxınlaşa və ya elə indi *1544 nömrəsinə zəng edərək sənə uyğun mənzili seçə bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
13 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
29 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
36 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 37 d. əvvəl
-
58 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib




























