Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
“Açıq bankçılıq” mexanizmlərinin tətbiqi istifadəçilərə müxtəlif maliyyə hesablarını vahid platforma üzərindən idarə etmək, eləcə də maliyyə məlumatlarına daha rahat və təhlükəsiz şəkildə çıxış əldə etmək imkanı verir.Mərkəzi Bank tərəfindən rəqəmsal maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biri “Açıq bankçılıq” yanaşmasının tətbiqidir. Bir sıra kommersiya banklarının inteqrasiya olunduğu bu ekosistemə ilk dəfə olaraq iki elektron pul təşkilatı — “Mpay” və “Qoldenpey” (Pulz) də qoşulub.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu inteqrasiya ölkədə maliyyə texnologiyalarının inkişafına, innovativ ödəniş həllərinin genişlənməsinə və istifadəçilər üçün daha əlçatan rəqəmsal xidmətlərin formalaşmasına töhfə verir.
“Açıq bankçılıq” mexanizmlərinin tətbiqi istifadəçilərə müxtəlif maliyyə hesablarını vahid platforma üzərindən idarə etmək, eləcə də maliyyə məlumatlarına daha rahat və təhlükəsiz şəkildə çıxış əldə etmək imkanı verir.
İnteqrasiya həmçinin elektron pul təşkilatları üçün yeni imkanlar yaradır. Belə ki, “Açıq bankçılıq” mühiti innovativ məhsul və xidmətlərin inkişafını təşviq edir, bazar iştirakçıları arasında əməkdaşlığı gücləndirir və rəqabət qabiliyyətini artırır.
Beləliklə, bu təşəbbüs maliyyə əməliyyatlarında şəffaflığın yüksəldilməsinə, rəqəmsal iqtisadiyyatın genişlənməsinə və maliyyə inklüzivliyinin artırılmasına xidmət edir.
Qeyd edək ki, hazırda “Açıq bankçılıq” ekosisteminin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələlərdə digər iştirakçıların da ekosistemə qoşulması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
24 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
33 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























