İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir mayın 4–8-də Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə IsDB xəbər yayıb.
Məlumata görə, bu səfər 16–19 iyun tarixlərində Bakıda keçirilməsi planlaşdırılan IsDB Qrupunun 2026-cı il üzrə İllik Toplantıları ərəfəsində mühüm bir vaxta təsadüf edir. Səfərin məqsədi IsDB Qrupunun Azərbaycan ilə tərəfdaşlığını gücləndirmək və "Davamlı Rifah naminə Regional İnteqrasiya" mövzusunda keçiriləcək İllik Toplantılara hazırlıq işlərini inkişaf etdirməkdir.
Səfər çərçivəsində M. Əl-Casir yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşəcək və strateji müzakirələr aparacaq.
Proqrama əsas maraqlı tərəflərlə görüşlər və strateji inkişaf sahələrinə, o cümlədən Ələt Azad İqtisadi Zonasına, habelə Ağdam Sənaye Parkı, Qarabağ Universiteti və Füzulidəki təhsil müəssisələrinə baş çəkmək daxildir. Bu, IsDB-nin inklüziv və davamlı inkişafa olan sadiqliyini əks etdirir.
Bu səfər vasitəsilə IsDB Azərbaycan ilə çoxillik tərəfdaşlığını dərinləşdirməyi, əməkdaşlığı möhkəmləndirməyi və 2026-cı il IsDB Qrupunun İllik Toplantılarının uğurla keçirilməsi üçün hazırlıq prosesini sürətləndirməyi hədəfləyir.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.
2024-cü ilin sonuna IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1 milyard 106 milyon ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.
IsDB Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və bir sıra tədbirlər keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
53 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























