“Azəripək”, “Şəki SES” və “Azərizolit”in özəlləşdirilməsinin gecikməsinə aydınlıq gətirilib
"Dövlət müəssisələrinin səmərəli özəlləşdirilməsinə nail olmaq və prosesə nüfuzlu investorların cəlb edilməsini təmin etmək müəyyən vaxt tələb etdiyindən, “Azəripək” ASC, “Şəki SES” və “Azərizolit” MMC-ləri, habelə Bakı şəhəri, Şəki, Zaqatala, Tovuz və Qazax rayonlarında yerləşən əmlak komplekslərinin özəlləşdirilməsi istiqamətində işlər davam etdirilir",“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində olan müəssisə və obyektlərin özəlləşdirməyə açılması ilə əlaqədar ölkə başçısı tərəfindən16 aprel 2021-ci il tarixli və 29 oktyabr 2021-ci il tarixli 2 sərəncam imzalanıb və həmin sərəncamlara əsasən özəlləşdirməyə açılmış 29 müəssisə və obyektdən 20-nin özəlləşdirilməsi təmin edilib.
Bu barədə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, onların sırasında “Azərtütün” və “Bakı Ayaqqabı Fabriki” ASC-ləri, “Sumqayıt Tekstil” və “Şəki Şərab” MMC-ləri, Qaradağ rayonunda yerləşən və uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak kompleksini qeyd etmək olar:
"Özəlləşdirməyə açılmış bir müəssisənin (“Qaradağ Şüşə Zavodu” ASC) səhmlərinin satışı ilə əlaqədar investisiya müsabiqəsi elan olunmuş və hazırda potensial iddiaçılar tərəfindən təkliflərin hazırlanması prosesi davam edir".
"Dövlət müəssisələrinin səmərəli özəlləşdirilməsinə nail olmaq və prosesə nüfuzlu investorların cəlb edilməsini təmin etmək müəyyən vaxt tələb etdiyindən, “Azəripək” ASC, “Şəki SES” və “Azərizolit” MMC-ləri, habelə Bakı şəhəri, Şəki, Zaqatala, Tovuz və Qazax rayonlarında yerləşən əmlak komplekslərinin özəlləşdirilməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, "Azərbaycan Sənaye Korporasiyası" 2024-cü ilin dekabr ayında ləğv edilib. Qurumun tərkibindəki üç şirkət Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib, digər şirkətlər isə özəlləşdirilməyə çıxarılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























