“Naxçıvanbank”ın əmanətçiləri və depozit hesabı sahibləri üçün yenilik
Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə “Naxçıvanbank” ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesab qalıqlarının geri qaytarılması prosesinin əlçatanlığı artırılır.
Mərkəzi abnkın yaydığı məlumatda bildirilir ki, tətbiq olunan yenilik ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar üçün onlayn qaydada müraciət etmək imkanı yaradacaq. Belə ki, vətəndaşlar Mərkəzi Bankın “Elektron Xidmətlər Portalı”nın “Elektron müraciətlər sistemi” vasitəsilə onlayn müraciət edərək mövcud qalıq vəsaitlərinin müvafiq bank hesablarına köçürülməsini təmin edə biləcək. Bu zaman şəxsiyyəti təsdiq edən sənədin surəti, müraciət şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə isə nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti və onun səlahiyyətlərini təsdiq edən sənədin surəti (etibarnamə), bank hesabı rekvizitləri və digər zəruri sənədlərin surəti müraciətə əlavə olunmalıdır.
Ərizələrini fiziki qaydada ünvanlamaq istəyən vətəndaşlar isə əvvəllər olduğu kimi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət edə bilərlər. Bu zaman fiziki şəxslər üçün vəsaitlərin məbləğindən asılı olmayaraq nağd qaydada, hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə köçürmə yolu ilə ödənilməsi imkanı təqdim olunur. Elektron müraciət imkanlarından istifadə etməkdə çətinlik çəkən şəxslər Mərkəzi Bankın 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən vətəndaş qəbulu bölmələrinə müraciət etməklə vəsaitlərin müvafiq bank hesablarına köçürülməsi üzrə müraciətlərini təqdim edə biləcəklər.
Qeyd edək ki, bu dəyişikliklər Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması, xidmətlərdən istifadə zamanı əlçatanlığın və məmnunluğun artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®























