“AzerGold” və Esvatini Krallığı iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Esvatini Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulu ilə görüş keçirib.
Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Zakir İbrahimov bildirib ki, Azərbaycan geniş və güclü beynəlxalq əlaqələrə malikdir və bu gün dünyanın bir çox aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq müqavilələri imzalayan azsaylı dövlətlərdən biridir. Uzun illər boyu zəngin neft və qaz ehtiyatları ilə tanınan ölkəmiz daxili enerji tələbatını tam şəkildə təmin edir və eyni zamanda enerji sahəsində ixrac potensialını davamlı olaraq gücləndirir. Bu isə ölkənin təkcə regional deyil, həm də tədricən qlobal miqyasda aparıcı güclərdən birinə çevrildiyini göstərir.
İdarə Heyəti sədrinin sözlərinə görə, neft və qaz ehtiyatlarının mövcudluğu Azərbaycana müdrik iqtisadi qərarlar qəbul etməyə və müxtəlif sahələrə investisiya yatırmağa imkan verib. Bu prioritet istiqamətlər sırasında dağ-mədən sahəsi də mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirilən iqtisadi islahatlar, məqsədyönlü və müdrik qərarlar nəticəsində iqtisadiyyatımızın digər sahələri kimi dağ-mədən sahəsi də qısa müddət ərzində ciddi nailiyyətlərə çata bilib.
Zakir İbrahimov sözügedən inkişaf fonunda rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və qeyri-neft sektorunun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Bildirilib ki, “AzerGold” QSC hazırda qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alır və şirkətin maliyyə göstəriciləri ildən-ilə müsbət dinamika nümayiş etdirir.
Səfir Sibusisive Mnqomezulu Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. O, xüsusilə mədənçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Diplomat Esvatinin zəngin mineral xammal ehtiyatlarına malik olduğunu bildirərək, bu resursların öyrənilməsi və səmərəli idarə olunması istiqamətində “AzerGold” QSC-nin qabaqcıl təcrübəsinin əhəmiyyətini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
29 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























