Avtomobil bazarında qiymət indeksləri açıqlandı: Orta qiymət 30 min manatı keçib
Azərbaycan Qiymətləndircilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə avtomobil bazarında qiymət indekslərini açıqlayıb.
Palatadan Marja.az-a bildirilib ki, qiymət artımı davam etsə də, əvvəlki aylarla müqayisədə artım tempində zəifləmə müşahidə olunub. Hesabata əsasən, 2025-ci ilin dekabr ayının baza dövrü kimi qəbul edildiyi indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105.8 bəndə yüksələrək baza dövrü ilə müqayisədə 5.8%, mart ayı ilə müqayisədə isə 1.3% artıb. Bu isə bazarda yüksəliş trendinin davam etdiyini, lakin qiymət artımının daha sabit mərhələyə keçdiyini göstərir.
Palatanın təhlillərinə görə, bazarda əsas hərəkətverici qüvvə yenə də ikinci əl avtomobillər seqmenti olub. İkinci əl avtomobillər üzrə indeks aprel ayında 108.2 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8.2%, mart ayı ilə müqayisədə isə 2.1% artım deməkdir.
Yeni avtomobillər seqmentində isə artım daha zəif olub. Belə ki, yeni avtomobillər indeksi baza dövrü ilə müqayisədə 3.5%, mart ayı ilə müqayisədə isə 0.8% yüksəlib.
Araşdırma göstərir ki, ölkədə avtomobil bazarında orta qiymət artımı da davam edib. Aprel ayında orta bazar qiyməti 30 min 480 manata yüksəlib. Bu göstərici dekabr 2025-ci illə müqayisədə 9.2%, mart ayı ilə müqayisədə isə 1.9% çoxdur. Satış aktivliyi indeksində də yüksəliş qeydə alınıb. İndeks aprel ayında 110.5 bəndə çataraq baza dövrünə nisbətən 10.5%, aylıq müqayisədə isə 1.7% artım göstərib. Kreditlə satışların payı da yüksələrək 48%-ə çatıb. Bu isə dekabr ayı ilə müqayisədə 8 faiz bəndi, mart ayı ilə müqayisədə isə 1 faiz bəndi artım deməkdir.
Qiymət dinamikasında ən yüksək artım SUV və ekonom sinif avtomobillərində müşahidə olunub. SUV və krossoverlərin orta bazar qiyməti aprel ayında 39 min 100 manata yüksələrək baza dövrü ilə müqayisədə 11.1%, mart ayı ilə müqayisədə isə 1.8% artıb. Ekonom sinif avtomobillərdə isə qiymətlər dekabr ayı ilə müqayisədə 10%, aylıq müqayisədə isə 1.4% yüksəlib. Orta sinif avtomobillərdə artım 7.6%, premium seqmentdə isə 4.1% təşkil edib. Ekspertlər bunu istehlakçıların həm daha əlçatan, həm də ailəvi istifadə üçün funksional avtomobillərə üstünlük verməsi ilə əlaqələndirirlər.
Hesabatda bazar strukturunda dəyişikliklər də diqqət çəkib. İkinci əl avtomobillərin bazardakı payı aprel ayında 72%-ə yüksəlib. Yeni avtomobillərin payı isə 28%-ə qədər azalıb. Bunun əsas səbəbi kimi alıcıların daha sərfəli alternativlərə yönəlməsi göstərilir.
Eyni zamanda hibrid və elektrik avtomobillərinin bazar payında ciddi artım qeydə alınıb. Belə ki, bu seqmentin payı dekabr ayında 5% olduğu halda, aprel ayında 9.5%-ə çatıb. Dizel avtomobillərin payı isə 19%-dən 16%-ə enib. Bu dinamika avtomobil bazarında texnoloji transformasiya prosesinin sürətləndiyini göstərir.
AQP-nin qiymətləndirmələrinə əsasən, istifadə olunmuş avtomobillərdə ən böyük qiymət itkisi ilk illərdə baş verir. Xüsusilə üçüncü ildə qiymət azalması daha kəskin xarakter daşıyır. Sonrakı mərhələlərdə isə köhnəlmə daha stabil templə davam edir. Təhlillər göstərir ki, avtomobilin yaşı artdıqca hər əlavə kilometrin bazar qiymətinə təsiri zəifləyir.
Palata hesab edir ki, hazırkı dinamika bazarda kəskin qiymət sıçrayışlarından daha çox mərhələli və sabit inkişaf modelinin formalaşdığını göstərir. Bununla yanaşı, ikinci əl avtomobillərə yüksək tələbin davam etməsi və hibrid-elektrik nəqliyyat vasitələrinin bazardakı çəkisinin sürətlə artması yaxın aylarda da avtomobil bazarında əsas tendensiyalar olaraq qalacaq.
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti indekslərini açıqlayır.
Müştərilərin xəbərləri
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
17 d. əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
-
35 d. əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
47 d. əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
-
56 d. əvvəl
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
56 d. əvvəl
AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
2 saat əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt
Bakının mərkəzində yeni qadağa: avtomobillərin hərəkətinə məhdudiyyət artıq bütün günlər olacaq
Ən çox oxunanlar
“Burger King Azerbaijan” keçmiş əməkdaşlara əməkhaqqının ödənilməməsi ilə bağlı ittihamlara cavab verib - FOTO ®
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Sentyabrın 29-da gözlənilən hava şəraiti
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb





















