bp-nin baş icraçı direktoru Azərbaycana səfər edib, layihələr müzakirə olunub - 2 Anlaşma Memorandumu imzalanıb
bp-nin baş icraçı direktoru Meq O’Nil və şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Azərbaycana planlaşdırılmış ikigünlük işgüzar səfərləri çərçivəsində bu gün səhər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunublar. Səfər proqramı çərçivəsində onlar həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşüblər.
Görüşlərdə bp-nin Azərbaycanla bağlı uzunmüddətli öhdəliklərinə sadiqliyi, eləcə də innovasiya, dayanıqlılıq və inkişaf istiqamətində ortaq məqsədlər müzakirə olunub. Müzakirələr Azəri-Çıraq-Günəşli yatağının sərbəst təbii qaz ehtiyatlarının işlənməsi və Şahdəniz yatağının işlənməsinin növbəti mərhələsi olan Şahdəniz Kompressiya layihəsini də əhatə edib.
Tərəflər həmçinin Qarabağ və Əşrəfi – Dan Ulduzu – Aypara (ƏDUA) layihələri, eləcə də Şəfəq günəş elektrik stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi çərçivəsində aparılan işləri müzakirə ediblər.
İqtisadiyyat Nazirliyində keçirilmiş görüş zamanı nazir Mikayıl Cabbarov və Meq O’Nilin iştirakı ilə iki Anlaşma Memorandumu imzalanıb:
• İqtisadiyyat Nazirliyi ilə bp arasında hazırda Nazirliyin rəhbərliyi altında yaradılmaqda olan yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturu ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu; və
• SOCAR ilə bp arasında enerji sahəsində uzunmüddətli əməkdaşlığın təşviqi, daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dair Anlaşma Memorandumu.
Səfər proqramına bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəhbər heyəti ilə görüşlər, bp-nin regional işçi heyəti ilə ümumi görüş, həmçinin bp-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər də daxil idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
29 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























