Metrodakı köhnə vaqonlar 2042-ci ilə qədər istifadədən mərhələ ilə çıxarılacaq
"Vaqon parkının yenilənməsi hazırda “Bakı Metropoliteni” QSC-nin əsas prioritetlərindən biridir".
Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib.
"Hazırda 381 vaqondan ibarət parkımız var. Bunların 180-i müasir kondisioner sistemi ilə təchiz edilmiş, vaqonlar arası keçidi mümkün edən yeni nəsil vaqonlardır. Qalan vaqonlar üçüncü nəsildir; istismar müddəti bitdikcə onları mərhələli şəkildə xidmətdən çıxarırıq. Cari ilin sonuna qədər 36 vaqonun istismar müddəti bitəcək. Texniki göstəricilərinə əsasən qalanlar 2042-ci ilə qədər istifadədən mərhələ ilə çıxarılacaq. Artıq vaqon parkımızın 35–40 faizindən çoxu müasir vaqonlardan ibarətdir. Köhnə vaqonların istismar müddəti 31 ildir; müddəti başa çatan vaqonlar mərhələli şəkildə xətdən çıxarılır və yeniləri ilə əvəz olunur. Proqnozlarımıza görə yaxın 10–12 il ərzində vaqon parkı tamamilə müasir vaqonlarla təmin olunacaq.
Dövlət proqramında 299 yeni vaqonun alınması nəzərdə tutulub - bu, həm yeni stansiyaların yaradacağı tələbatı, həm də interval azaldılmasından doğan əlavə ehtiyacı ödəmək üçündür. Bir neçə istehsalçıyla görüşlər keçirmişik; texniki tapşırıqlar hazırlanır. Seçim zamanı yalnız qatarın qiymətini deyil, istismar müddəti ərzindəki təmir xərclərini də nəzərə alırıq. Bütün təkliflər toplandıqdan sonra qərar qəbul edilib seçilmiş təchizatçıyla iş davam etdiriləcək.
Köhnə nəsil vaqonlarda konstruktiv olaraq soyutma sistemi nəzərdə tutulmayıb, orada yalnız məcburi ventilyasiya mövcuddur. Yeni nəsil vaqonlarımızın hamısı müasir iqlim-nəzarət sistemi ilə təchiz olunub. Bu sistem avtomatik rejimdə işləyir və vaqondakı sərnişin sayına və temperaturuna uyğun özünü tənzimləyir. Texniki personalımız bu sistemlərin sazlığına mütəmadi nəzarət edir. Sərnişinlərimizdən xahiş edirik ki, həm öz sağlamlıqları, həm də digərlərinin rahatlığı üçün bu məsələni anlayışla qarşılasınlar", Vüsal Aslanov deyib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Mənbə: Trend Beynəlxalq İnformasiya Agentliyi və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 16 d. əvvəl
- 32 d. əvvəl
-
36 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
57 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı

























