Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
ABŞ Prezidenti Donald Tramp Fox News-a bildirib ki, Çin 200 ədəd Boeing təyyarəsi almağa razılaşıb.
“Bu gün razılaşdığı məsələlərdən biri də budur ki, Çin, 200 ədəd Boeing təyyarəsi sifariş edəcək. Bu, böyük məsələdir”,- Tramp bildirib.
Analitiklər Trampın Çinə səfəri nəticəsində Boeing təyyarələri ilə bağlı böyük sifariş veriləcəyini gözləyirdilər. Lakin bəzi ekspertlər daha böyük sifariş ehtimal edirdilər. Məsələn, "Jefferies" sifarişin 500 təyyarəyə qədər ola biləcəyini proqnozlaşdırmışdı. Boeing-in baş icraçı direktoru Kelli Ortberq və ABŞ şirkətlərinin digər yüksək vəzifəli rəhbərləri də Trampın səfərində iştirak ediblər.
İstehsalçı şirkət son on ilə yaxın müddətdə Çindən böyük sifariş əldə etməyib. Lakin ölkə Boeing-in əsas rəqibi olan Airbus-dan təyyarələr almağa davam edib.
Tramp Çinin Boeing-dən hansı modelləri ala biləcəyini dəqiqləşdirməyib. Bununla belə, analitiklər mümkün sifarişin şirkətin ən çox satılan 737 Max təyyarələrinin yüzlərlə ədədini əhatə edə biləcəyini gözləyirdilər.
Boeing və Ağ Ev məsələ ilə bağlı dərhal şərh verməyiblər. Günortadan sonra ticarət sessiyasında Boeing səhmləri təxminən 4% ucuzlaşıb.
Şirkətin baş direktoru Kelli Ortberq ötən ay keçirilən maliyyə nəticələri ilə bağlı konfrans zəngində ABŞ-Çin sammitinin “bizim üçün əhəmiyyətli bir imkan” ola biləcəyini və bunun təyyarə sifarişini də əhatə edə biləcəyini demişdi.
“Mən sizə təyyarələrin sayını deməyəcəyəm, amma bu, böyük rəqəmdir”, – deyə o qeyd etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























