Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Mercedes-Benz-in baş icraçı direktoru Ola Kallenius, Avropada artan təhlükəsizlik xərcləri və geosiyasi risklər fonunda şirkətin müdafiə sənayesinə daxil olmağa açıq ola biləcəyini bildirib.Mercedes-Benz-in baş icraçı direktoru Ola Kallenius, Avropada artan təhlükəsizlik xərcləri və geosiyasi risklər fonunda şirkətin müdafiə sənayesinə daxil olmağa açıq ola biləcəyini bildirib.
Marja.az xəbər verir ki, Kallenius Wall Street Journal-a verdiyi müsahibəsində dünyanın getdikcə daha proqnozlaşdırılmaz hala gəldiyini qeyd edərək, Avropanın müdafiə qabiliyyətini artırmalı olduğunu bildirib.
Mercedes-in baş icraçı direktoru, “Dünya daha proqnozlaşdırılmaz bir yerə çevrilib və Avropanın müdafiə qabiliyyətini artırmalı olduğu tam aydındır” deyib.
“Müsbət töhfə verə bilsək hazırıq”
Kallenius bildirib ki, şirkətin müdafiə sahəsində rol alması yalnız kommersiya baxımından məntiqli olduğu halda nəzərdən keçiriləcək.
“Əgər bu sahədə müsbət rol oynaya bilsək, bunu etməyə hazır olarıq”, – deyən Kallenius müdafiə fəaliyyətlərinin ilkin mərhələdə şirkət əməliyyatlarının kiçik bir hissəsini təşkil edəcəyini qeyd edib.
Müdafiə istehsalı yeni gəlir sahəsi ola bilər
Mercedes-Benz-in baş icraçı direktoru müdafiə layihələrinin zamanla böyüyə biləcək strateji bir niş sahəyə çevrilə biləcəyini deyib.
Kallenius, “Müdafiə fəaliyyətləri iş həcminin kiçik bir hissəsi olacaq, lakin böyüyən bir niş sahə ola bilər və maliyyə nəticələrinə töhfə verə bilər”, – deyib.
Şirkət isə Reuters-in məsələ ilə bağlı şərh sorğusuna hələlik rəsmi cavab verməyib.
Avropalı avtomobil nəhəngləri müdafiə sənayesinə yönəlir
Avropada sürətlə artan müdafiə büdcələri və təhlükəsizlik narahatlıqları avtomobil şirkətlərini yeni inkişaf sahələri axtarmağa yönəldir.
Mart ayında yayımlanan Financial Times xəbərində Volkswagen-in İsrailli müdafiə şirkəti Rafael ilə danışıqlar apardığı və Osnabrück zavodunun raketdən müdafiə sistemi istehsalına çevrilməsinin nəzərdən keçirildiyi iddia edilmişdi.
Volkswagen daha sonra silah istehsalına başlayacağı ilə bağlı iddiaları təkzib etmişdi.
Rheinmetall və Deutsche Telekom-dan tərəfdaşlıq
Digər tərəfdən Almaniyanın müdafiə nəhəngi Rheinmetall ilə Deutsche Telekom pilotsuz uçuş aparatlarına qarşı müdafiə "qalxanı" hazırlamaq məqsədilə tərəfdaşlıq qurduqlarını açıqlayıblar.
Avropada geosiyasi gərginliklərin və təhlükəsizlik narahatlıqlarının artması fonunda müdafiə sənayesinin qarşıdakı dövrdə daha çox investisiya cəlb edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























