Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci ili 153 min 312 manat zərərlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 85 min 244 manat və ya 125,2% çoxdur.

2024-cü ildə təşkilatın illik zərəri 68 min 68 manat olmuşdu.

Reklam_3_11

Gəlirlər artsa da, xərclər zərəri böyüdüb

Marja.az xəbər verir ki, 2025-ci ildə təşkilatın faiz gəlirləri 36 min 401 manat təşkil edib. 2024-cü ildə faiz gəliri qeydə alınmamışdı.

Faiz xərcləri isə 8 min 167 manatdan 4 min 546 manata düşüb. Azalma 3 min 621 manat və ya 44,3% olub.

Nəticədə, faiz mənfəəti 2024-cü ildəki 8 min 167 manat zərərdən 2025-ci ildə 31 min 854 manat mənfəətə çevrilib. Fərq 40 min 22 manat təşkil edib.

Lakin əməliyyat xərclərinin kəskin artması yekun nəticəyə mənfi təsir göstərib.

Əməliyyat xərcləri 3,1 dəfə artıb

Təşkilatın toplam əməliyyat xərcləri 2025-ci ildə 185 min 587 manat olub. 2024-cü ildə bu göstərici 59 min 901 manat idi. Beləliklə, əməliyyat xərcləri 125 min 686 manat və ya 209,8% artıb.

Aktivlər 6,1% azalıb

Maliyyə hesabatına əsasən, BOKT-un cəmi aktivləri 31 dekabr 2025-ci il tarixinə 1 milyon 26 min 655 manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 93 min 298 manat idi. Beləliklə, təşkilatın aktivləri illik müqayisədə 66 min 643 manat və ya 6,1% azalıb.

Aktivlərin strukturunda əsas dəyişiklik pul vəsaitlərinin azalması, debitor borcların isə kəskin artması ilə bağlı olub.

Pul vəsaitləri 47,2% azalıb

2025-ci ilin sonunda təşkilatın pul vəsaitləri və onların ekvivalentləri 472 min 428 manat olub. 2024-cü ilin sonunda bu göstərici 894 min 438 manat təşkil edirdi.

Bu isə pul vəsaitlərinin 422 min 10 manat və ya 47,2% azalması deməkdir.

Debitor borclar 22 dəfəyə yaxın artıb

Hesabat dövründə debitor borclar və verilmiş avanslar (başqa ifadə ilə kredit portfeli) ciddi artım nümayiş etdirib. Bu göstərici 2024-cü ilin sonundakı 22 min 882 manatdan 2025-ci ilin sonunda 495 min 460 manata yüksəlib. Artım 472 min 578 manat və ya 2065,3% (21,6 dəfə) təşkil edib.

Digər qısamüddətli aktivlər isə 154 min 71 manatdan 22 min 500 manata düşüb. Azalma 131 min 571 manat və ya 85,4% olub.

Kapital 10,4% artıb

Təşkilatın cəmi kapitalı 2025-ci ilin sonunda 1 milyon 26 min 655 manat təşkil edib. 2024-cü ilin sonunda kapital 930 min 127 manat idi.

Beləliklə, kapital 96 min 527 manat və ya 10,4% artıb.

Nizamnamə kapitalı isə 1 milyon manatdan 1 milyon 250 min manata yüksəlib. Artım 250 min manat və ya 25% təşkil edib.

Bununla yanaşı, yığılmış zərər 69 min 873 manatdan 223 min 345 manata yüksəlib. Yəni yığılmış zərər 153 min 473 manat və ya 219,6% artıb.

Öhdəliklər demək olar ki, sıfırlanıb

2024-cü ilin sonunda təşkilatın cəmi öhdəlikləri 163 min 171 manat olduğu halda, 2025-ci ilin sonunda bu göstərici cəmi 0,01 manat olub.

Bu, öhdəliklərin 163 min 171 manat və ya faktiki olaraq 100% azalması deməkdir.

Kreditor borclar da 157 min 614 manatdan 0,01 manata enib.

Hesabatdan görünür ki, “İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci ildə faiz gəliri formalaşdırsa və öhdəliklərini demək olar ki, tam azaltsa da, əməliyyat xərclərinin sürətli artması təşkilatın zərərinin kəskin böyüməsinə səbəb olub.

Nəticədə, BOKT-un illik zərəri 68 min 68 manatdan 153 min 313 manata yüksəlib. Bu isə 85 min 244 manatlıq və ya 125,2%-lik artım deməkdir.

"İrşad BOKT" MMC 25.09.2023-cü il tarixdə 1806461171 dövlət qeydiyyat nömrəsi (VÖEN) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya Hüquqi şəxslərinin 13.03.2026-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən, Cəmiyyətin nizamnamə kapitalının miqdarı 1 milyon 250 min manat müəyyən edilmişdir. Cəmiyyətin səhmdarları onun səhmdarlarının reyestrinə əsasən müəyyənləşdirilir.

"İrşad BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Qəribov Rəşad Əlif oğluna məxsusdur. 

İrşad BOKT İrşad Bank Olmayan Kredit Təşkilatı BOKT maliyyə nəticələri 2025 İrşad BOKT zərər 2025 BOKT Azərbaycan maliyyə hesabatı İrşad BOKT aktivlər azalma İrşad BOKT əməliyyat xərcləri artım BOKT kredit təşkilatı Azərbaycan İrşad BOKT kapital artımı İrşad BOKT debitor borclar BOKT maliyyə nəticələri müqayisə 2024 2025 Azərbaycan BOKT sektoru İrşad BOKT öhdəliklər azalma BOKT zərər artımı səbəbləri İrşad BOKT nizamnamə kapitalı İrşad BOKT VÖEN qeydiyyat Azərbaycan kredit təşkilatları maliyyə nəticələri İrşad BOKT maliyyə analiz Marja.az BOKT xəbərləri İrşad BOKT sahiblik strukturu İrşad BOKT faiz gəlirləri əməliyyat xərcləri müqayisə
18.05.2026 10:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19