Tramp: Sabah İrana hücum etməyəcəyik
ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin xahişi əsasında İrana qarşı sabah (bu gün) planlaşdırılan hücumun həyata keçirilməyəcəyini açıqlayıb.ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın xahişi əsasında İrana qarşı sabah (açıqlama dünən edildiyi üçün bu gün) planlaşdırılan hücumun həyata keçirilməyəcəyini açıqlayıb.
Marja.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda “Qətər Əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Saud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın xahişi əsasında sabah İrana planlaşdırılan hücumu ETMƏYƏCƏYİK” ifadələrini işlədib.
Bundan əlavə, Tramp ciddi danışıqların davam etdiyini bildirərkən, qəbul edilə biləcək bir razılaşma əldə olunmadığı təqdirdə İrana qarşı tammiqyaslı hücumun dərhal həyata keçirilməsinə hazır olunması istiqamətində göstəriş verdiyini ifadə edib.
"Məndən Qətər əmiri Tamim bin Hamad Al Thani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Salman Al Saud və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Mohamed bin Zayed Al Nahyan tərəfindən xahiş olunub ki, sabaha (19 maya, bu gün - red) planlaşdırılmış İran İslam Respublikasına hərbi hücumu dayandırım. Hazırda ciddi danışıqlar aparılır və onların fikrincə, böyük liderlər və müttəfiqlər kimi, Amerika Birləşmiş Ştatları, eləcə də Yaxın Şərqdə və ondan kənarda olan bütün ölkələr üçün çox qəbul edilə bilən bir Razılaşma əldə olunacaq. Bu Razılaşma, xüsusilə, İRAN ÜÇÜN NÜVƏ SİLAHLARININ OLMAMASINI əhatə edəcək!
Yuxarıda qeyd olunan liderlərə olan hörmətimə əsasən, mən Müdafiə naziri Pete Hegseth-ə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Daniel Caine-ə və ABŞ Silahlı Qüvvələrinə göstəriş vermişəm ki, sabah İrana planlaşdırılmış hücum həyata keçirilməyəcək. Eyni zamanda onlara tapşırmışam ki, qəbul edilə bilən Razılaşma əldə olunmayacağı təqdirdə, istənilən anda İrana qarşı tam və genişmiqyaslı hücuma başlamağa hazır vəziyyətdə olsunlar",- Tramp "Truth Social" platformasındakı səhifəsində yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
38 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























