Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Samsung Electronics-də həmkarlar ittifaqı ilə şirkət arasında əməkhaqqı danışıqlarının nəticəsiz qalması 47 mindən çox əməkdaşın iştirak etdiyi genişmiqyaslı tətil prosesinə səbəb olmuşdu.
Marja xəbər verir ki, Samsung Electronics Co. tətilin qarşısını almaq üçün həmkarlar ittifaqı ilə son anda razılığa gəlib. Şirkət bu il çip istehsalı bölməsində çalışanlara təxminən 40 trilyon von həcmində bonus verəcək.
Samsung-un yarımkeçirici bölməsində ümumilikdə 78 min nəfər çalışır. Müxtəlif bölmələrdə çalışan əməkdaşlara fərqli səviyyələrdə bonus veriləcək, lakin Bloomberg-in təklif olunan şərtlər və 2026-cı il əməliyyat mənfəəti proqnozlarına əsasən apardığı hesablamalara görə, əməkdaşlar orta hesabla 513 milyon von (340 min dollar) alacaqlar. Şirkətin mart ayında verdiyi açıqlamaya görə, Samsung əməkdaşları 2025-ci ildə orta hesabla 158 milyon von qazanıb.
Hələ həmkarlar ittifaqı üzvlərinin təsdiqini almayan müvəqqəti razılaşmaya əsasən, Samsung mənfəətinin 10,5 faizini səhm şəklində, 1,5 faizini isə nağd bonus kimi paylamağa razılaşıb. Yeni bonus proqramı müəyyən mənfəət hədəflərinə çatılması şərti ilə 10 il ərzində hər il davam edəcək. Analitiklər Samsung-un 2026-cı ildə əməliyyat mənfəətinin yeddi dəfə artaraq təxminən 333 trilyon vona çatacağını proqnozlaşdırırlar.
Bu addım ötən il də bonus ödənişi ilə bağlı razılığa gələn Cənubi Koreyalı rəqib SK Hynix-in addımından sonra atılıb. Bonusun məbləği əsasən Samsung-un gəlirlərindən və çiplərə olan tələbdən asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























