Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
2026-cı ilin yanvar-aprel aylarında şəxsi sığorta üzrə 81 milyon 34 min manat sığorta haqqı toplanılıb, 30 milyon 207 min manat ödəniş edilib. Ödəniş/yığım nisbəti 37,3% olub.
Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının operativ məlumatlarına əsasən göstəricilərinə istinadən xəbər verir.
Bu bölmənin əsas hissəsi tibbi sığortanın payına düşüb. Tibbi sığorta üzrə:
- sığorta haqları 75 milyon 736 min manat,
- ödənişlər 29 milyon 752 min manat təşkil edib.
Tibbi sığortada ödənişlərin yığımlara nisbəti 39,3% olub. Bu sinif üzrə sığorta haqları ödənişləri 45 milyon 984 min manat və ya 60,7% üstələyib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 610 milyon 216 min manat sığorta haqqı toplanılıb. Eyni dövrdə həyata keçirilmiş sığorta ödənişləri isə 304 milyon 353 min manat təşkil edib. Hesabat dövründə sığorta ödənişlərinin yığımlara nisbəti 49,9% olub. Başqa sözlə, sığortaçılar topladıqları hər 100 manat sığorta haqqının təxminən 50 manatını ödəniş kimi geri qaytarıblar. Ümumi bazarda sığorta haqları sığorta ödənişlərini 305 milyon 863 min manat üstələyib. Ödənişlər yığımlardan 50,1% az olub. Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588 milyon 466 min manat sığorta haqqı toplanımış, 231 milyon 333 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Ötən ilin eyni dövrünə nisbətən 2026-cı ilin yanvar-aprel aylarında hesablanmış sığorta haqları 3,7 % və ya 21 milyon 750 min manat, sığorta ödənişləri 31,6 % və ya 73 milyon 20 min manat artıb.
Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















