15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
ABŞ-ın məşhur restoran şəbəkələrindən olan Chili’s Grill & Bar uzun illərdən sonra İngiltərəyə qayıtmağa hazırlaşır.15 il əvvəl Böyük Britaniya bazarından çıxan məşhur Amerika restoran şəbəkəsi Chili’s Grill & Bar yenidən geri qayıtmağa hazırlaşır. Şirkətin yaxın illərdə ölkədə 100-ə yaxın restoran açmağı hədəflədiyi bildirilir. Bu isə "fast-food" sektorunda rəqabətin daha da güclənəcəyinə işarə edir.
Şirkətin ilk restoranını qarşıdakı 12-18 ay ərzində açmağı planlaşdırdığı bildirilir.
Tex-Mex konsepti ilə tanınan və McDonald's-ın rəqibi kimi göstərilən Chili’s xüsusilə fajita, burger və xırtıldayan toyuq məhsulları ilə ABŞ-da geniş müştəri kütləsinə malikdir. Brend İngiltərədə genişmiqyaslı böyümə hədəfi ilə diqqət çəkir.
Şirkətin İngiltərə bazarına dönüşü son dövrdə Avropaya açılan Amerika restoran şəbəkələrinin yüksəliş trendini də gücləndirib.
Popeyes, Chick-fil-A və Dave’s Hot Chicken kimi markalardan sonra Chili’s də yarışa qoşulur.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, brend ilkin mərhələdə yalnız bir restoran açacaq. Lakin uzunmüddətli perspektivdə ölkədə 85-100 arasında filial açılması planlaşdırılır.
London, Manchester, Birmingham, Leeds və Glasgow kimi böyük şəhərlərin potensial məkanlar arasında yer aldığı bildirilir. Xüsusilə əhalinin sıx yaşadığı bölgələrin prioritet hədəf olduğu qeyd olunur.
Chili’s Grill & Bar daha əvvəl də İngiltərədə fəaliyyət göstərib. Brend 1990-cı illərdə Canary Wharf, Cambridge və Reading daxil olmaqla ümumilikdə doqquz restoran açmışdı. Lakin bütün filiallar 2009-cu ilə qədər bağlanmışdı.
Şirkətin yeni inkişaf strategiyasında yalnız klassik restoran modeli deyil, daha kiçik və sürətli xidmət konseptləri də yer alır. Bu isə brendin hava limanları, ticarət mərkəzləri və şəhərdaxili kiçik məntəqələrdə də fəaliyyət göstərə biləcəyi anlamına gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















