Süni intellekt hakatonunun qalibləri elan edilib
(®) Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə keçirilən “Building with AI: From Idea to Working Product” birgünlük innovasiya hakatonu uğurla başa çatıb.
23 may 2026-cı il tarixində keçirilən hakatona iştirak üçün 600-dən çox müraciət daxil olub. Müraciətlər arasından seçilən 60 iştirakçı süni intellekt texnologiyalarından istifadə etməklə öz ideyalarını qısa müddət ərzində işlək məhsul və prototiplərə çevirmək imkanı əldə edib.
Hakaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, müxtəlif API-lər və digər müasir AI platformalarından istifadə etməklə innovativ həllər hazırlayıb və günün sonunda münsiflər heyəti qarşısında təqdim ediblər. Komandalar proses boyunca təcrübəli mentorların dəstəyi ilə təmin olunub.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən hakatonun qalibləri aşağıdakı komandalar olub:
I yer — Rufina Rəhimli, İbrahim Hüseynov, Nuray Qasımzadə
II yer — Emil Qallacov, Məhəmməd Babayev
III yer —Elçin Yusubov, İmran Hacıyev, Hüseyn Həsənzadə
Qeyd edək ki, “Building with AI: From Idea to Working Product” hakatonunun ümumi mükafat fondu 5 000 AZN təşkil edib. Qaliblərə aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunub:
I yer — 2 500 AZN
II yer — 1 500 AZN
III yer — 1 000 AZN
Hakatonun əsas məqsədi Azərbaycanda süni intellekt və innovasiya ekosisteminin inkişafına töhfə vermək, gənclərin və texnologiya həvəskarlarının praktiki bacarıqlarını artırmaq, eləcə də innovativ məhsulların yaranmasını təşviq etmək olub. Tədbir iştirakçılar üçün həm öyrənmək, həm də şəbəkələşmək baxımından mühüm platforma rolunu oynayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























