Neft 2 faizdən çox bahalaşıb
Neftin qiyməti İran müharibəsini sona çatdıra biləcək sülh razılaşmasının gələcəyinə dair qeyri-müəyyənlik səbəbindən altı həftənin ən aşağı səviyyəsindən yenidən yüksəlib.
Marja xəbər verir ki, Brent nefti cümə günü aprelin ortalarından bəri ən aşağı səviyyədə bağlandıqdan sonra bir bareli 93 dolları keçib, ABŞ xam nefti (WTI) isə 89 dollar ətrafında ticarət olunub. Bakı vaxtı ilə saat 08:50-də Brent nefti 2,2% bahalaşma ilə 93,15 dollara ticarət olunub.
ABŞ və İran atəşkəsi uzadacaq və Hörmüz boğazını yenidən açacaq razılaşma layihəsinə dəyişiklik edilməsi ilə bağlı həftəsonu fikir mübadiləsi aparıblar. Lakin tərəflərin nəzərəçarpacaq irəliləyiş əldə edib-etmədiyi aydınlaşmayıb.
Bu dalan vəziyyəti bir müddətdir bazarları dəstəkləyən nikbinlikdən sonra yaranıb. Mümkün sülh razılaşmasının əldə olunacağı və Hörmüz boğazı üzərindən enerji axınının yenidən başlayacağı gözləntisi xam neft qiymətlərində bu ilin ilk aylıq enişinə səbəb olmuşdu. Buna baxmayaraq, Brent nefti fevralın sonunda müharibə başlayandan bəri 25%-dən çox bahalaşmasını qoruyur. Çünki kritik əhəmiyyətə malik su yolunun demək olar ki, tam bağlanması neft bazarlarında görünməmiş dalğalanmaya səbəb olur.
Yaxın Şərq və Şimali Afrika regionu üzrə çalışan müstəqil iqtisadçı Həmzə Əl Qaaod bildirib: “Nə İran, nə də ABŞ razılaşma üçün qırmızı xətlərindən geri addım atır və ya güzəştə gedir”.
Əl Qaaodun fikrincə, neft qiymətləri yeni açıqlamalar gəldikcə nikbinlik və ehtiyatlılıq arasında dəyişkən qalmağa davam edəcək.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında etdiyi paylaşımda təklif etdiyi razılaşmanın “İranın nüvə silahına sahib olmayacağını açıq şəkildə göstərdiyini” bildirib.
Tramp cümə günü Ağ Evin Situasiya Otağında keçirilən toplantıdan sonra İranla bağlı yeni açıqlama verməmişdi. Həmin toplantıda Tramp mövcud atəşkəsin daha 60 gün uzadılmasına dair razılaşmanı elan etməyi gözlədiyini ifadə etmişdi. O, həmin gün etdiyi başqa bir paylaşımda isə İranın nüvə proqramını dayandırması və Hörmüz boğazını yenidən beynəlxalq sərbəst keçidə açması ilə bağlı tələblərini təkrarlamışdı.
İran İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınan yarı-rəsmi “Tasnim” xəbər agentliyi bazar günü tərəflərin razılaşmaya dair dəyişiklik təkliflərini davam etdirdiyini bildirib. Lakin həm ABŞ-ın, həm də İranın bu dəyişiklikləri sonda rədd edə biləcəyi və razılaşmanın tamamilə pozula biləcəyi barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















