Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
(®) "Unicapital İnvestisiya Şirkəti" ASC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maliyyə savadlılığının artırılmasına yönəlmiş maraqlı və fərqli bir layihə reallaşdırıb. Layihə çərçivəsində şirkət əməkdaşlarının övladları ofis mühiti ilə tanış olub və xüsusi təlimdə iştirak ediblər.
"Mən də investor ola bilərəm!" adlı interaktiv təlimi Unicapital-ın Direktoru Elmira Qəribova keçib.
Təlimdə uşaqlara pul anlayışı, onun gündəlik həyatda rolu və istifadə məqsədləri sadə və maraqlı şəkildə izah edilib.Daha sonra isə balaca qonaqların diqqətinə oyun formatındainvestisiya haqqında ümumi məlumat çatdırılıb.
Tədbirin əsas məqsədi uşaqlarda erkən yaşlardandüzgün maliyyə vərdişləri haqqında ilkin təsəvvür formalaşdırmaq olub.
Uşaqların ofis daxilindəki səmimi anları və sertifikat sevincləri tədbirinən yaddaqalan məqamlarından olub.
“Unicapital İnvestisiya Şirkəti” ASC bundan sonra da maliyyə savadlılığının artırılmasına yönəlmiş sosial və maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
21 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























