BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
Çinin elektrikli avtomobil nəhəngi BYD-nin cəmi avtomobil satışları yüksək neft qiymətlərinin elektrikli avtomobillərə keçidi təşviq etməsi fonunda formalaşan güclü beynəlxalq tələbin təsiri ilə may ayında doqquz aydan sonra ilk dəfə artım göstərib. 2026-cı ilin may ayında BYD ümumilikdə 383 453 ədəd avtomobil satıb.BYD-nin satışları 2026-cı ilin may ayında xarici tələbin təsiri ilə 9 aydan sonra ilk dəfə artıb.
Marja xəbər verir ki, Mərkəzi ofisi Çinin Şençjen şəhərində yerləşən avtomobil istehsalçısının bazar ertəsi açıqladığı məlumata görə, şirkət ötən ay 383 min 453 ədəd avtomobil təhvil verib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faizlik artım deməkdir. Avtomobillərin 160 min 644-ü xarici bazarlarda satılıb. Bu vəziyyət daxili bazarda tələbin azalması fonunda BYD-nin qlobal miqyasda böyüdüyünü göstərir.
BYD May ayında 376 min 990 ədəd minik avtomobili satıb. BYD-nin sərnişin nəqliyyat vasitələrinin satışlarında ardıcıl 8 ay baş vermiş azalma dayanıb. May ayında şirkətin satışları ötən ilin may ayı ilə müqayisədə 60 ədəd artıb.
BYD qrupu 2026-cı ilin yanvar-may dövründə cəmi 1 milyon 405 min 39 ədəd avtomobil satıb.
Şirkət bu il Çin xaricində 1,3 milyon avtomobil satmağı hədəfləyir. Bu da 2025-ci illə müqayisədə təxminən 25 faiz çoxdur.
Bu rəqəmlər BYD-nin əvvəlki rübdə mənfəətində kəskin azalma açıqlamasından sonra investorların əhval-ruhiyyəsini yüksəltməyə kömək edib. Avtomobil istehsalçısı dövlət subsidiyalarının mərhələli şəkildə ləğv edilməsi və Çindəki rəqib avtomobil istehsalçılarının artan rəqabətilə mübarizə aparmağa davam edir.
Daxili qiymət "müharibəsinin" təzyiqi ilə üzləşən şirkət xaricdə aqressiv şəkildə genişlənir və Avropadakı satışları sürətlə artır. Şirkət regionda zavodları ələ keçirmək üçün Stellantis və digər avropalı avtomobil istehsalçıları ilə danışıqlar aparır.
BYD-nin mənfəəti ilin birinci rübündə illik müqayisədə 55 faiz azalaraq 600 milyon dollara düşüb və 2023-cü ildən bəri ən aşağı səviyyəyə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
37 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















