"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
"PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin rəhbərliyi yenidən formalaşdırılıb.
Marja.az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Şirkətin Marketinq və Kommunikasiya rəhbəri Gülşən Cumayeva bildirirb.
Onun sözlərinə görə, "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-də İdarə Heyəti artıq ləğv olunub, tək başına icra orqanı kimi İcraçı direktorluq yaradılıb.
İsi Mustafayev Baş İcraçı direktor, Elnur Fətullayev Baş İcraçı direktorun müavini təyin edilib.
Qeyd edilib ki, artıq "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin yeganə səhmdarı “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding"idir.
XXX
İsi Mustafayev, Baş icraçı direktor
Maliyyə bazarları, korporativ və dövlət idarəetməsində 25 ildən artıq peşəkar təcrübə
• İsi Mustafayev maliyyə bazarları, xəzinədarlıq, bank nəzarəti, korporativ və dövlət idarəetməsində 25 ildən artıq peşəkar təcrübəyə malikdir. Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə, həmçinin yerli banklarda xəzinədarlıq departamentinin direktoru kimi fəaliyyət göstərib, maliyyə bazarları, FOREX və qiymətli kağızlar üzrə əməliyyatlara rəhbərlik edib. PAŞA Kapital komandasına qoşulmazdan öncə “Azərpoçt” MMC-də baş icraçı direktor vəzifəsində peşəkar fəaliyyətini davam etdirib.
• İsi Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və MBA təhsili alıb, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən keçirilən ixtisaslaşmış təlimlərdə iştirak edib.
Elnur Fətullayev, Baş icraçı direktorun müavini
Maliyyə məsləhəti, investisiyaların idarəedilməsi və audit sahəsində 14 ildən artıq yerli və qlobal təcrübə
• Elnur Fətullayev maliyyə, investisiya, audit və aktivlərin idarə olunması sahələrində 14 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Peşəkar karyerası ərzində BP, Ernst & Young şirkətlərinin Bakı ofisində, həmçinin Deloitte şirkətinin Avstraliya ofisində 6 il çalışmış, daha sonra FINADCO şirkətində baş icraçı direktor və Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə edilməsi departamentinin rəhbəri vəzifələrini icra etmişdir. 2025-ci ilin dekabr ayından etibarən PAŞA Kapital İnvestisiya Şirkətinin rəhbər heyətinə qoşulmuşdur.
• Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistr dərəcəsini isə Avstraliya Milli Universitetində əldə etmişdir. Maliyyə sahəsi üzrə nüfuzlu CFA sertifikatının sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























