Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
(®) Bakının müasir simasının simvollarından biri, ən parlaq idman tədbirləri və dünya idman ulduzlarına ev sahibliyi etmiş "Atletlər kəndi" öz qapılarını yeni sakinlərinə açır. Paytaxtın dinamik ritmini özündə birləşdirən "Olympic Residence" rəsmi satış mərhələsinə başlayır.
Komfortun hazır ünvanı: Çıxarışlı, mebelli və məişət texnikası ilə
"Olympic Residence" sakinlərinə sadəcə mənzil deyil, hər bir detalı incəliklə düşünülmüş hazır həyat tərzi təklif edir. Kompleksin təqdim etdiyi mənzillər bazarda mövcud olan digər təkliflərdən öz üstünlükləri ilə kəskin fərqlənir:
• Çıxarış (kupça): Bu, mülkiyyət sahibləri üçün həm tam hüquqlu təhlükəsizlik, həm də rahat ipoteka imkanı yaradır.
• İnteryer və rahatlıq: Mənzillər bütöv mebel dəstləri ilə təchiz olunub. Alıcılar təmir və mebel qayğısı olmadan, dərhal yeni evlərinə köçə bilər.
• Texnoloji təchizat: Hər bir mənzil gündəlik həyatın rahatlığını təmin edən məişət texnikası ilə quraşdırılmış vəziyyətdə təhvil verilir.
Şəhərin nəbzi burada döyünür
Heydər Əliyev prospekti üzərində, 12 hektar ərazidə yerləşən "Olympic Residence" kompleks daxilində bütün gözləntilərinizi qarşılayır:
İdman: 1 futbol meydançası, 2 tennis kortu, velosiped zolaqları və yaxınlıqda yerləşən fitnes mərkəzi.
İstirahət: 12 hektarlıq şəxsi həyət sahəsi, yaşıl parklar və müasir uşaq meydançaları.
Məişət və təhsil: Kompleks daxilində məktəb fəaliyyət göstərir; tezliklə "Araz" supermarketi sakinlərin istifadəsinə veriləcək.
24/7 mühafizə olunan bu zəngin infrastruktur, "Olympic Residence"i Bakının ən əlverişli yaşayış ünvanlarından birinə çevirir.
Sərfəli şərtlər
Mənzillər cəmi 20% ilkin ödəniş və 48 ayadək hissəli ödəmə planı ilə təklif olunur. Tam ödənişə isə 10% endirim tətbiq olunur.
Qaliblərin məkanında yeni həyatınıza ilk addımı atmaq və mənzillərimizlə tanış olmaq üçün satış ofisimizə dəvətlisiniz:
Telefon: *2060
Veb-sayt: olympicresidence.az
Ünvan: Heydər Əliyev prospekti 117, "Olympic Residence" (keçmiş “Atletlər kəndi”)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























