"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
26-28 iyun 2026-ci il tarixində növbəti “Caspian Motor-Show” avtomobil sərgisi baş tutacaq.
Azərbaycan Avtomobill Dilerləri Assosiasiyasının (AADA) bu avtoşounu Azərbaycan Avtomobil Federasiyasının təşkilati dəstəyi ilə həyata keçirir.
“Caspian Motor-Show” unikal sərgidir. 2003-cü ildən başlayaraq, tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında baş tutur.
“Caspian Motor-Show” 2023-cü ildə "Sea Breeze"də, 2025 ci ildə isə Dəniz kənarı Milli park ərazisində keçirilib. Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, rəsmi distribütor və diler şirkətləri iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq.
Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdiriləcək.
Qeyd edək ki, avtoşounun ziyarətçiləri arasında ənənəvi olaraq, müxtəlif müsabiqələr təşkil olunur, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılır. Bir sözlə “Caspian Motor-Show” hər zaman olduğu kimi əsl avtomobil bayramına çevriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
38 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























