Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun onun göstərişlərinə əməl etdiyini bildirib.
Marja* BBC-yə istinadən xəbər verir ki, Tramp İsrailin İrana qarşı mümkün hərbi addımları fonunda Netanyahu ilə danışığından bəhs edib.
ABŞ Prezidenti bildirib ki, Netanyahu ilə telefon danışığında ona “sağlam düşüncə ilə hərəkət etməyin” vacibliyini çatdırıb.
“Biz çox güclü, çox yaxşı bir razılaşmanı imzalamağa çox yaxınıq. Nüvə silahı olmayacaq, heç nə olmayacaq. Çox sağlam düşüncə ilə hərəkət etməliyik”, - Tramp bildirib.
Tramp İsrailin İrana qarşı raket zərbələri endirməsinə baxmayaraq, Netanyahunun onun mövqeyinə qarşı çıxması ilə bağlı iddiaları rədd edib. ABŞ Prezidentinin sözlərinə görə, İsrailin raketləri artıq havada olub.
“Xeyr, xeyr. Onlar artıq getmişdilər. Onlar artıq yolda idilər”, - Tramp deyib.
ABŞ Prezidenti daha sonra Netanyahu ilə münasibətlərinə dair diqqətçəkən açıqlama verib:
“Əgər ona nəyisə etməyi desəm, o, bunu edir”, - Tramp bildirib.
Netanyahu isə öz növbəsində hazırda atəşin dayandırıldığını bildirib, lakin İsrailin özünümüdafiə hüququnu saxladığını vurğulayıb. O qeyd edib ki, bu mövqeyini “dostu Prezident Trampla yaxşı danışıqları zamanı hörmət və minnətdarlıqla” ifadə edib.
İsrailin Baş naziri xəbərdarlıq edib ki, İran yenidən İsrailə hücum etmək “səhvinə” yol verərsə, ölkəsi buna güclə cavab verəcək.
Bölgədə gərginliyin yüksək olaraq qaldığı bir vaxtda İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ABŞ-la razılaşmanın iyunun sonunadək əldə olunacağına ümid etdiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
38 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























