Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
(®) Müştərilərə rahat maliyyə həlləri təqdim etməyə davam edən Xalq Bank yeni rəqəmsal əmanət xidmətini istifadəyə verib.
Yeni xidmət sayəsində müştərilər bank filialına müraciət etmədən, istənilən vaxt və məkandan mobil tətbiq vasitəsilə əmanət hesabı açaraq vəsait yerləşdirə bilərlər.
XalqOnline tətbiqi vasitəsilə rəsmiləşdirmə müştərilərə həm vaxta qənaət etmək, həm də vəsaitlərini illik 10.5 %-dək gəlirlə dəyərləndirmək imkan yaradır. Rəqəmsal əmanət müddətli (sabit) və artırıla bilmə imkanları ilə təqdim edilir. Əmanəti 3/6/9/12/18/24 ay müddətinə AZN, 6/9/12/18/24 ay müddətinə ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Qeyd edək ki, xidmətdən yalnız XalqOnline istifadəçisi olan Xalq Bank müştəriləri yararlana bilərlər.
Məhsulun şərtləri ilə bağlı ətraflı: https://www.xalqbank.az/az/ferdi/emanetler/digital-az
Müştəri təcrübəsinin təkmilləşdirilməsi və maliyyə xidmətlərinə çıxışın asanlaşdırılması məqsədini daşıyan xidmət sadə və sürətli rəsmiləşdirmə prosesi ilə yanaşı, yüksək gəlirlilik və təhlükəsiz bankçılıq imkanları təklif edir. Rəqəmsal əmanət həmçinin ekoloji məsuliyyət prinsiplərini dəstəkləyir, kağız sənəd dövriyyəsinin azaldılması və resurslardan səmərəli istifadə ilə ekoloji cəhətdən dayanıqlı yanaşma formalaşdırır.
Xatırladaq ki, hazırda Xalq Bank tərəfindən keçirilən stimullaşdırıcı “Əmanət” lotereyası davam edir. 4 tirajdan ibarət olan lotereyada iştirakçıları əsas uduş olan 2 ədəd 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir.
Lotereyanın birinci tiraj mərhələsinin başa çatmasına az müddət qalıb: müştərilər 30 iyun tarixinədək Xalq Bank filiallarında və ya XalqOnline tətbiqi ilə rəqəmsal kanalla əmanət yerləşdirərək bu tirajda iştirak şansı əldə edə bilərlər. İlk şanslı qaliblərin adları isə 10 iyul tarixində elan olunacaq.
Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, xalqbank.azrəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 21 saat sonra
-
- 12 d. əvvəl
-
25 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
32 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
























