PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“PAŞA Bank”/Murad Süleymanov: "Bu günə olan məlumata əsasən, PAŞA Bank-ın səhmlərinə investorların yerləşdirdiyi sifarişlərin ümumi həcmi bank tərəfindən IPO-ya çıxarılan həcmi (51 milyon 310 min 930 manat) artıq üstələyib. Buna baxmayaraq, yerləşdirmə zamanı prioritet pərakəndə investorların (fiziki şəxslərin) sifarişlərinə yönəldiyindən fiziki şəxslərin 20 min manatadək olan sifarişlərinin 100% həcmdə yerləşmə ehtimalı yüksəkdir".“PAŞA Bank” ASC-nin ilkin kütləvi təklif çərçivəsində satışa çıxardığı səhmlərə investor marağı yüksəkdir.
Marja.az-ın məlumatına görə, Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov brifinqdə bildirib ki, hazırkı məlumata görə, səhmlərə sifarişlərin ümumi məbləği təklif olunan həcmi üstələyib.
Murad Süleymanovun sözlərinə görə, abunə yazılışı iyunun 12-də başa çatacaq. Bundan sonra səhmlərin yerləşdirilməsi prosesinə başlanılacaq.
“Yerləşdirmə prosesinin nə qədər vaxt alacağını iyunun 12-dən sonra, ilk tarixlərdə biləcəyik və mətbuata açıqlama verəcəyik. Yerləşdirmənin bitmə vaxtı elan olunacaq, bundan sonra isə ikinci bazarın açılışı barədə məlumat veriləcək”, – deyə Murad Süleymanov bildirib.
O qeyd edib ki, PAŞA Bank səhmlərinin təkrar bazarda ticarətə başlaması Bakı Fond Birjası ilə birlikdə təşkil olunacaq və bu tədbirə media nümayəndələri də dəvət ediləcək.
“Bu, bazar üçün əhəmiyyətli tədbirdir. Biz istəyirik ki, proses maksimum işıqlandırılsın və insanlar ikinci bazarda, təkrar bazarda da aktiv olsunlar”, – deyə PAŞA Bank-ın Baş Maliyyə İnzibatçısı vurğulayıb.

Murad Süleymanov xatırladıb ki, PAŞA Bank-ın emissiya prospektində investorlar üçün üç prioritet səviyyə nəzərdə tutulub. Birinci səviyyəyə 20 min manatadək sifariş verən fiziki şəxslər, ikinci səviyyəyə 20 min manatdan yuxarı sifariş verən fiziki şəxslər, üçüncü səviyyəyə isə hüquqi şəxslər daxildir.
Murad Süleymanov bildirib ki, bu bölgünün əsas məqsədi səhmdarlar sırasında daha çox fiziki şəxsin iştirakına şərait yaratmaqdır. Tələbatın yüksək olması halında hər səviyyə üzrə sifarişlərin təmin olunması emissiya prospektində göstərilən qaydalara uyğun həyata keçiriləcək.
“Bizim məqsədimiz burada daha çox fiziki şəxsin iştirak etməsidir. Emissiya prospektində bu məsələ əksini tapıb. Hətta nəzərə almışıq ki, əgər kimsə bir səhm üçün sifariş veribsə, proporsional bölgü zamanı yuvarlaqlaşdırma səbəbindən onun payı sıfıra düşməsin. Minimal sifariş verən investorların ən azı bir səhm əldə etməsi üçün bu incəliklər də nəzərdən keçirilib”, – deyə Murad Süleymanov bildirib.
Onun sözlərinə görə, bu günə olan məlumata əsasən, pərakəndə investorların sifarişləri təkbaşına bütün təklif həcmini örtmür. Bununla belə, fiziki şəxslərdən daxil olan sifarişlərin dinamikası hər gün dəyişir və son günlər investor aktivliyində artım müşahidə olunur.
PAŞA Bank rəsmisinin sözlərinə görə, əgər fiziki şəxslərin sifarişləri ümumi təklif həcmini tam örtməsə, həmin investorların sifarişlərinin tam həcmdə təmin olunması mümkündür. Lakin yekun qərar abunə yazılışının nəticələrindən və sifarişlərin ümumi strukturundan asılı olacaq.
Murad Süleymanov qeyd edib ki, bugünə olan məlumata görə 16000 investor sifariş yerləşdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
24 d. əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 45 d. əvvəl
-
53 d. əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
1 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
1 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
1 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
1 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
2 saat əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Ən çox oxunanlar
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt
























