Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Qızıl İranla bağlı gərginliyin artması və Fed-in faiz narahatlıqları fonunda 6 aylıq minimumdan yüksəlibQızılın qiyməti son 6 aydan çox müddətin ən aşağı səviyyəsinə düşüb. Marja xəbər verir ki, investorlar Yaxın Şərqdə gərginliyin artmasını və ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ilin sonlarında faiz dərəcələrini artıra biləcəyi ilə bağlı güclənən gözləntiləri qiymətləndirirlər.
MArja xəbər verir ki, qızılın qiyməti 4023,96 ABŞ dollarınadək geriləmişdir ki, bu da noyabrın sonundan bəri ən aşağı göstəricidir.
Bakı vaxtı ilə saat 11:40-a olan məlumata görə, dünya bazarlarında 1 unsiya qızılı 4100 dollara ticarət olunub.
Qiymətli metal əvvəlki sessiyada 4%-dən çox ucuzlaşmışdır.
ABŞ gecə saatlarında İrana qarşı yeni zərbələr endirib. Bu addım qlobal maliyyə bazarlarında narahatlıq yaradan və neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olan münaqişəni daha da gərginləşdirib.
İran cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ hərbi aviabazalarını hədəfə alıb və qlobal enerji daşımaları üçün əsas marşrutlardan biri olan Hörmüz boğazından bütün gəmi hərəkətinin dayandırıldığını elan edib.
ING analitikləri bildiriblər: “Geosiyasi qeyri-müəyyənlik və mərkəzi bankların alışları uzunmüddətli dövrdə qızıla dəstək verməkdə davam etsə də, yaxın müddətdə qızılın qiymətinin istiqaməti böyük ölçüdə ABŞ iqtisadi göstəricilərindən, neft qiymətlərindən, xəzinə istiqrazlarının gəlirliliyindən və Federal Ehtiyat Sisteminin (FED) siyasəti ilə bağlı gözləntilərdən asılı olacaq”.
Çərşənbə günü açıqlanan məlumatlar göstərib ki, ABŞ-da istehlak qiymətləri may ayında illik müqayisədə 4,2% artıb. Bu, son üç ilin ən yüksək artım tempi olub və əsasən enerji xərclərinin bahalaşması ilə izah edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























