İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
İran və ABŞ arasında imzalanması gözlənilən 14 maddəlik razılaşmada Tehranın ballistik raketlərinə məhdudiyyətdən söhbət getmir.
“Mehr”in xəbərinə görə, razılaşma layihəsinə əsasən, ABŞ İrana qarşı sanksiyaları ləğv etməyi, hərbi qüvvələrini İranın sərhədləri ətrafından uzaqlaşdırmağı, dəniz blokadasını dayandırmağı və İranın bloklanmış vəsaitlərinin azad edilməsini öz öhdəsinə götürüb.
İran isə Hörmüz boğazının açılması ilə razılaşıb.
Bundan başqa, ABŞ İran iqtisadiyyatının bərpası layihəsini təqdim etməlidir.
Sənədin detalları aşağıdakı kimidir:
- Bütün cəbhələrdə, o cümlədən Livanda atəşin daimi və dərhal dayandırılması;
- ABŞ-ın İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi;
- Dəniz blokadasının 30 gün ərzində tam aradan qaldırılması;
- ABŞ-ın İran ətrafındakı qüvvələrini çıxarmaq öhdəliyi;
- Hörmüz boğazının 30 gün ərzində İranın müəyyən etdiyi qaydalarla açılması;
- Neft, neft-kimya məhsulları satışına dair sanksiyaların dayandırılması və İranın həmin vəsaitlərə tam çıxışının təmin olunması;
- ABŞ və müttəfiqləri tərəfindən İranın yenidənqurulması üçün azı 300 milyard dollar həcmində planların təqdim edilməsi zərurəti;
- Nüvə məsələləri əsasında yekun razılaşmaya nail olmaq və ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyalarının, BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasının qətnamələrinin tam ləğvi üçün 60 günlük danışıqların aparılması;
- İranın NPT çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləməsi;
- Danışıqlar dövründə ABŞ-ın regiondakı qüvvələrini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi;
- Yekun danışıqların 60 günlük mərhələsi ərzində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İranın istifadəsinə verilməlidir;
- Razılaşmanın icrası üçün nəzarət mexanizminin yaradılması;
- Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi;
- Yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsindən, İran neftinə tətbiq edilən sanksiyaların dayandırılmasından və dəniz blokadasının aradan qaldırılmasından əvvəl başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi, zənginləşdirmə, sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı ilə bağlı olacaq. İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələsi isə tam şəkildə gündəlikdən çıxarılıb.
Məlumata görə, razılaşma İranda aidiyyəti qurumlarda müzakirə edilməli və yekunlaşdırılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
15 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
31 d. əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
38 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 39 d. əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
1 saat əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

























