Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Qlobal investisiya bankı "Morgan Stanley" ABŞ və İran arasında razılaşmadan sonra neft qiymətləri üzrə proqnozlarını aşağı istiqamətdə yeniləyib.
Marja xəbər verir ki, Bank 2026-cı ilin iyul-sentyabr dövründə Brent markalı neftin orta qiymətinin 90 dollar səviyyəsində formalaşacağını gözləyir. Əvvəlki proqnozda bu göstərici 100 dollar idi.
Dördüncü rüb üzrə qiymət gözləntisi isə 95 dollardan 80 dollara endirilib.
"Morgan Stanley"in analitikləri razılaşmanın münaqişənin səngiməsi istiqamətində mühüm addım olduğunu bildiriblər. Onların proqnozuna görə, neft hasilatının sentyabr ayında 50 faizi, ilin sonuna isə 80 faizi yenidən bərpa oluna bilər.
Goldman da neft proqnozunu aşağı salıb
Digər qlobal investisiya bankı "Goldman Sachs" ABŞ-İran razılaşmasından sonra Brent nefti üzrə dördüncü rüb qiymət proqnozunu 90 dollardan 80 dollara endirib. Bu proqnoz qlobal neft təklifində mərhələli normallaşacağını əks etdirir.
"Goldman Sachs" ABŞ-İran razılaşmasından sonra Brent nefti üzrə dördüncü rüb qiymət proqnozunu 90 dollardan 80 dollara endirib.
Bankın analitiklər bildiriblər ki, Fars körfəzi xam neft ixracının daha əvvəl proqnozlaşdırılandan bir ay tez, iyulun sonuna qədər müharibədən əvvəlki səviyyələrə qayıdacağı gözlənilir.
Qurum 2027-ci il üzrə qiymət proqnozunu da 5 dollar azaldaraq bir barel üçün orta hesabla 75 dollara endirib.
Hazırda Brent nefti 81 dollar səviyyələrində ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
2 d. əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
12 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
18 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 21 d. əvvəl
-
59 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Ən çox oxunanlar
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı

























