Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
ABŞ-İran sülh razılaşmasından sonra qlobal təklifin arta biləcəyi ehtimalı fonunda neft qiymətləri son üç ayın minimum səviyyələrinə yaxın qalıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 09:44-ə olan məlumata görə, Brent markalı neft fyuçersləri 0,6% düşərək bir barel üçün 78,52 dollara geriləyib. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neft fyuçersləri də 0,6% düşərək bir barel üçün 75,58 dollara enib.
Neft çərşənbə axşamı təxminən 5% ucuzlaşaraq martın əvvəlindən bəri ən aşağı səviyyələrdə bağlanıb.
Treyderlərin diqqəti ABŞ-İran sülh razılaşmasının potensial olaraq qiymətləri aşağı salan təsirlərindədir. Bu razılaşma Hörmüz boğazının mərhələli şəkildə yenidən açılmasına və Yaxın Şərqdən əlavə xam neft həcmlərinin qlobal bazarlara qayıtmasına yol aça bilər.
Razılaşmaya əsasən, ABŞ İran limanlarına tətbiq etdiyi blokadaya son qoyacaq, Tehran isə Hörmüz noğazından dəniz nəqliyyatının bərpasını təmin edəcək.
Cümə günü imzalanması gözlənilən saziş Tehranın nüvə silahı əldə etməsini istisna edəcək və imzalanan kimi İrana neftini satmağa imkan verəcək.
Son bir həftə ərzində bazar əhval-ruhiyyəsi kəskin şəkildə dəyişib. Gəmiçilik marşrutlarının yenidən açılacağı və İran ixracının bərpa oluna biləcəyi gözləntiləri neft qiymətlərinə daxil edilmiş geosiyasi risk əlavəsinin sürətlə azalmasına səbəb olub.
Bununla belə, razılaşmanın icrası ilə bağlı qeyri-müəyyənlik qiymətlərin daha da enməsini məhdudlaşdırıb. Məlumatlara görə, gəmiçilik şirkətləri təhlükəsizlik tədbirləri və əməliyyat şərtləri ilə bağlı daha aydın mənzərə gözləyirlər.
Analitiklər xəbərdarlıq edirlər ki, neft axınlarının tam normallaşması bazarların hazırda gözlədiyindən daha uzun çəkə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























