İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
“İxrac icmalı”nın 2026-cı ilin iyun sayına dair ilkin rəqəmlər açıqlanıbİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin iyun sayına dair ilkin göstəriciləri təqdim edib.
İcmala əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, cari ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artaraq 396,7 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 23,8 faiz artaraq 144,6 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz artaraq 288,5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-may aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,2 dəfə pambıq iplik 2,4 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 57%, alüminium və ondan hazırlanan məmulatlar 44,6%, pambıq lifi 25%, meyvə-tərəvəz 18,6%, çay 16,8%, spirtli və spirtsiz içkilər isə 6% artıb.
2026-cı ilin yanvar-may aylarında aqrar məhsullar üzrə ixrac 25,2% artaraq 414,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 39% artaraq 160,5 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 28,8% artaraq 575,1 milyon ABŞ dollarına bərabər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 6 d. əvvəl
-
27 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
39 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
49 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib






























