ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb.
ABB-nin yaydığı press-relidə bildirilir ki, bər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Hər iki buraxılış üzrə sifarişlərin ümumi həcmi 19 846 100 manat təşkil edib. Bu da təklif olunan ümumi emissiya həcmindən təxminən 2 dəfə çoxdur.
İllik 9% gəlirlilik təklif edən 1 illik istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 9 087 900 manat olub. Bu buraxılış üzrə abunə yazılışında 227 investor iştirak edib, 428 sifariş təqdim olunub və onlardan 425-i icra edilib. Nəticədə 224 investorun sifarişi təmin olunub.
İllik 10% gəlirlilik təklif edən 2 illik istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 10 758 200 manat təşkil edib. Abunə yazılışında 181 investor iştirak edib, 398 sifariş təqdim olunub və onlardan 392-i icra edilib. Nəticədə 175 investorun sifarişi uğurla təmin olunub.
Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər ay həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. Eyni zamanda, istiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.
ABB istiqrazları investorlara sabit və etibarlı gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarlarının inkişafına da mühüm töhfə verir.
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyalarının qrafiki ilə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan olunduqca dəqiq tarixlər də həmin səhifədə paylaşılacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, eləcə də Bankın rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm





























