Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Rusiyanın neft şirkəti Rosneft-in baş icraçı direktoru İqor Seçin bildirib ki, şirkət səhmləri açıq bazarda ticarət olunan şirkətlər arasında hidrokarbon hasilatına görə dünyada ikinci yerini qoruyub.
Marja.az xəbər verir ki, Seçin bu barədə şirkətin illik ümumi yığıncağında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Rosneft Rusiyanın ən böyük neft şirkəti statusunu qoruyur. Şirkət hidrokarbon hasilatını neft ekvivalenti ilə 247 milyon tona, gündəlik ifadədə isə 5 milyon barreldən yuxarı səviyyəyə çatdırıb.
Seçin qeyd edib ki, Rosneft Rusiyada ümumi neft hasilatının təxminən 40%-ni təmin edir.
Rosneft rəhbəri şirkətin Hindistanda iri neft emalı komplekslərinə sahib olduğunu, həmçinin Avropadakı bəzi neft emalı zavodlarında payını saxladığını bildirib.
“Rosneft 2025-ci ilin nəticələrinə görə, səhmləri açıq bazarda ticarət olunan şirkətlər arasında hasilat baxımından dünyada ikinci yerini qoruyub”, - İqor Seçin deyib.
O əlavə edib ki, Rosneft-in fərdi səhmdarlarının sayı son 5 ildə 8 dəfədən çox artaraq təxminən 1 milyon 700 min nəfərə çatıb. Seçinin sözlərinə görə, bu artım Rusiyanın fond bazarında bazar dəyəri ən yüksək olan şirkətlər arasında rekord göstəricidir.
Rosneft-in 2000-ci ildən bəri fasiləsiz dividend ödədiyini bildirən Seçin mövcud dividend siyasətinin davam etdiriləcəyini vurğulayıb.
Rosneft neft və təbii qazın kəşfiyyatı, hasilatı, emalı və satışı sahələrində fəaliyyət göstərən Rusiyanın ən böyük enerji şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 4 d. əvvəl
-
25 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
37 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
47 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib



























