Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Neft qiymətləri Vaşinqtonla Tehran arasında sülh danışıqlarında irəliləyiş əlamətlərinin ortaya çıxmasından sonra geriləyib. Lakin ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni təhdid səsləndirməsi danışıqların gərgin başlamasına səbəb olub.
Marja xəbər verir ki, Brent markalı neft gün ərzində 2,2 faizədək bahalaşdıqdan sonra istiqamətini dəyişərək bir barel üçün təxminən 79 dollara düşüb. ABŞ xam nefti WTI isə 75 dollar ətrafında ticarət olunub. İsveçrədə keçirilən danışıqlarda vasitəçilik edən Qətər və Pakistanın yaydığı açıqlamaya görə, tərəflər 60 gün ərzində yekun razılaşmanın əldə olunmasını nəzərdə tutan yol xəritəsi üzrə razılığa gəliblər. Texniki danışıqların həftə ərzində davam edəcəyi gözlənilir.
Yüksək səviyyəli görüş iki tərəfin ötən həftə anlaşma memorandumu imzalamasından sonra baş tutub. Lakin proses həftəsonu İranın İsraili Livandakı atəşkəsi pozmaqda ittiham edərək Hörmüz Boğazını bağladığını iddia etməsi ilə gərginləşib. İranın xarici işlər naziri Abbas Əraqçi X platformasında paylaşımında İsveçrədəki vasitəçiliyin Livandakı münaqişənin dayandırılması istiqamətində mühüm irəliləyiş təmin etdiyini bildirib.
Danışıqlar İran mediasının Trampın təhdidindən sonra Tehranın görüşləri dayandırdığını bildirməsi ilə çətin başlayıb. Lakin məsələyə yaxın mənbələr danışıqların İsveçrədə bazar ertəsi səhərin erkən saatlarınadək davam etdiyini bildiriblər. Görüşlərdə iştirak edən yüksək vəzifəli ABŞ diplomatının sözlərinə görə, müzakirə olunan mövzular arasında boğazın açıq qalmasını təmin edəcək mexanizmlər, həmçinin İsrail və “Hizbullah” arasında Cənubi Livandakı atəşkəsin necə icra olunacağı da yer alıb.
İranın Hörmüz Boğazını yenidən bağladığını iddia etməsinə baxmayaraq, həftəsonu boyunca su yolundan milyonlarla barel neft axını davam edib.
Commonwealth Bank of Australia-nın analitiki Vivek Dhar isə bildirib: “Biz hesab edirik ki, bazarlar Yaxın Şərqdən neft axınının davamlı şəkildə bərpa olunacağına dair həddindən artıq nikbin qalır”. Dhar qeyd edib ki, hasilatla bağlı qeyri-müəyyənliklər və gəmilərin regiona qayıtmağa nə dərəcədə istəkli olacağı neft axınına təzyiq göstərməkdə davam edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























