İranın dondurulmuş aktivləri geri qaytarılır
İran Prezidenti Məsud Pezeşkian Qətərdə bloklanmış 6 milyard dolların ölkəsinə qaytarılacağını bildirib.İran Prezidenti Məsud Pezeşkian ABŞ-la əldə olunmuş anlaşma mətnindəki maddələrin ölkəsinin xeyrinə olduğunu qeyd edərək, Qətərdə bloklanmış 6 milyard dolların İrana qaytarılacağını deyib.
Marja xəbər verir ki, Prezident Pezeşkian paytaxt Tehrandakı Mərkəzi Bankın konfrans zalında keçirilən 33-cü Pul və Bank Siyasətləri Simpoziumunda çıxış edib.
ABŞ-la əldə olunan anlaşma mətnindəki maddələrin ölkəsinin maraqlarına uyğun olduğunu bildirən İran Prezidenti deyib: “Danışıqlar prosesinin bu gün başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”.
Pezeşkian ABŞ-ın yeganə tələbinin “İranın nüvə bombasına sahib olmaması” olduğunu vurğulayıb. O qeyd edib ki, bu məsələ ölkənin ali rəhbəri Əli Xamenei tərəfindən dəfələrlə dilə gətirilib və onsuz da İranın istəmədiyi bir məsələdir.
ABŞ sanksiyaları səbəbindən İranın bəzi ölkələrin banklarında neft satışlarından əldə etdiyi vəsaitlər bloklanmışdı. Tehran administrasiyası ABŞ-la danışıqlarda sanksiyaların ləğvini və bloklanmış vəsaitlərin azad edilməsini tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
23 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
48 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























