Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Böyük Britaniyanın Baş naziri Keir Starmer vəzifəsindən istefa verib. Starmer bu səhər Kral III Çarlzla görüşdüyünü bildirib və Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsindən (NEC) liderlik seçkilərinin təqviminin müəyyənləşdirilməsini istəyəcəyini deyib.Böyük Britaniyanın Baş naziri Keir Starmer vəzifəsindən ayrılacağını açıqlayıb. Starmer bu səhər Kral III Çarlzla görüşdüyünü qeyd edib və Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsindən liderlik seçkiləri üçün təqvimin müəyyən olunmasını tələb edəcəyini bildirib.
Marja xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmerin istefa verəcəyini açıqlaması bazarlarda qeyri-müəyyənliyi artırıb. Starmerin sentyabr ayına qədər vəzifəsini tərk edəcəyini bildirməsindən sonra sterlinq dəyər itirib, Böyük Britaniyanın borclanma xərcləri isə yüksəlib.
Bazarlar ölkənin yeni liderinin iqtisadiyyat və maliyyə siyasəti ilə bağlı aydın yol xəritəsini görmədən ehtiyatlı davranır.
Sterlinq üç ayın minimumuna yaxınlaşıb
Fevral ayından bəri Starmer üzərində siyasi təzyiqlərin artması ilə dəyər itirən sterlinq son açıqlamalardan sonra dollar qarşısında 0,2 faiz ucuzlaşaraq 1,319 səviyyəsinə geriləyib. Beləliklə, İngiltərə valyutası son üç ayın ən aşağı səviyyələrinə yaxın hərəkətini davam etdirib.
Opsion bazarlarında isə investorların qarşıdakı həftələrdə sterlinqdə mümkün volatillikdən qorunmaq üçün daha yüksək xərc ödəməyə hazır olduqları müşahidə edilib.
Diqqətlər Starmerin xələfinə yönəlib
Starmer liderlik yarışına namizədlik müraciətlərinin 9 iyulda başlayacağını açıqlayıb. Ən güclü namizəd kimi isə Mançester meri Andy Burnham önə çıxır.
Analitiklər Burnhamın mövcud maliyyə intizamı qaydalarına sadiq qalacağını bəyan etməsinin bazarlara müəyyən qədər inam verdiyini bildirirlər.
Böyük Britaniyanın maliyyə kövrəkliyi narahatlıq yaradır
Böyük Britaniya yüksək dövlət borcu, artan faiz ödənişləri, zəif iqtisadi artım göstəriciləri və müdafiə xərcləri kimi səbəblərdən G7 ölkələri arasında ən yüksək borclanma xərclərindən biri ilə üz-üzədir.
Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,85 faiz səviyyəsində qalaraq 2008-ci il qlobal maliyyə böhranından bəri müşahidə olunan ən yüksək səviyyələrə yaxınlaşıb. Bu vəziyyət Böyük Britaniyanın ortamüddətli borclanmada inkişaf etmiş ölkələr arasında ən yüksək xərclərdən birini ödədiyini göstərir.
Liderlik yarışı bazarların istiqamətini müəyyən edə bilər
Bazarlarda ən böyük sual lider dəyişikliyinin necə baş verəcəyi ilə bağlıdır. Ekspertlərin fikrincə, Burnham rəqibsiz şəkildə liderliyə gələrsə, sterlinq və istiqraz bazarlarında müəyyən rahatlama müşahidə oluna bilər. Lakin sərt liderlik yarışının başlaması halında namizədlərin yeni maliyyə vədləri vermək məcburiyyətində qala biləcəyi, bunun isə investorların maliyyə intizamı ilə bağlı narahatlıqlarını artıra biləcəyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
27 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























