Lucid Motors 1500 əməkdaşını işdən çıxarır
ABŞ-ın elektrik avtomobil istehsalçısı və texnologiya şirkəti Lucid Motors işçi heyətinin 12 faizini ixtisar etdikdən cəmi dörd ay sonra, işçi qüvvəsinin 18 faizini, yəni təxminən 1500 əməkdaşını işdən çıxarır.
Marja xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısının açıqlamasında Arizona ştatının Casa Grande şəhərində yerləşən zavodda elektrik avtomobil istehsalı üzrə ikinci növbənin ləğv edildiyi bildirilib.
Lucid-in yeni baş icraçı direktoru Silvio Napoli bildirib ki, bu qərar şirkəti daha sadə struktura çevirmək, icra proseslərini gücləndirmək və Lucid-i zamanla daha rəqabətqabiliyyətli etmək məqsədilə qəbul edilib. İxtisarlar ABŞ-da elektrik avtomobil bazarının "soyuduğu" və iri avtomobil istehsalçılarının öz məhsul planlarından bəzi elektrik modellərini çıxardığı bir dövrdə baş verir.
Bu ixtisarlar Lucid Motors-un bu ilin sonlarında bazara çıxarmağa hazırlaşdığı ilk kütləvi istehsal avtomobili olan Lucid Cosmos SUV-un təqdimatına hazırlaşdığı vaxta təsadüf edib. Daha aşağı maya dəyərinə malik elektrik avtomobilinin qiymətinin 50 min dollardan aşağı başlamasınln Lucid Motors-un mənfəət ilə fəaliyyət göstərməsinə səbəb olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
26 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























