Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
“Kəpəz Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti istiqraz buraxır.
Marja.az təşkilatın baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz emissiya olunur.
Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 2 milyon manat təşkil edir. Yeni buraxılan istiqrazlar 1 il ərzində tranşlarla yerləşdiriləcək.
Prospektə əsasən, birinci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi 15 faiz müəyyən edilib. İkinci buraxılış üzrə illik faiz dərəcəsi isə yekun şərtlərlə müəyyən olunacaq.
Birinci buraxılış istiqrazları üzrə faizlər istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər ay ödəniləcək. Hesablamalarda bir ay 30 gün qəbul ediləcək. İstiqrazların tədavül müddəti 24 ay təşkil edir. İstiqrazların nominal dəyəri tədavül müddətinin sonunda ödəniləcək.
Prospektdə qeyd olunur ki, istiqrazlar təmin edilməmiş formada buraxılır. Emitent tərəfindən istiqrazların tədavül müddəti ərzində geri satın alınması nəzərdə tutulmur.
İstiqraz sahibləri istiqrazların tədavül müddətinin sonunda nominal dəyərin ödənilməsini, həmçinin yekun şərtlərdə müəyyən olunmuş faiz dərəcəsinə uyğun faiz gəliri almaq hüququna malik olacaqlar. İstiqraz mülkiyyətçiləri öz hüquqlarını qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər şəxslərə ötürə bilərlər.
Emissiyanın anderrayteri "Troni İnvestisiya Şirkəti” QSC-dir.
Prospektə əsasən, hazırda "Kəpəz BOKT"ın ümumi nominal dəyəri 4 milyon 500 min manatlıq istiqrazları tədavüldədir.
“Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qısa və uzunmüddətli, təminatlı və təminatsız kreditlər verə bilər. Təşkilat müvafiq lisenziyaya malik olmaqla yanaşı, borc öhdəliklərinin alqı-satqısı, lizinq, veksellərin uçotu, qarantiyanın verilməsi, sığorta agenti xidmətlərinin göstərilməsi və borcalanlara maliyyə, texniki, idarəetmə və maliyyə məsələləri üzrə məsləhət xidmətləri də göstərə bilər.
Təşkilatın yeganə payçısı Əliyev Əbülfəz Əlihəsən oğludur. Onun “Kəpəz BOKT” MMC-də payı 5 milyon manat (hər birnin nominal dəyəri 100 manat olan 50 min ədəd səhm) olmaqla 100 faiz təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 4 d. əvvəl
-
25 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
37 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
47 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib




























