NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb.
Sazişi NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF2026) çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə keçirilən Azərbaycan-Özbəkistan ikitərəfli sənədlərinin rəsmi imzalanma mərasimində imzalayıb.
Forum çərçivəsində Yusif Cabbarov Azərbaycan nümayəndə heyətinin tərkibində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşdə də iştirak edib. Görüşdə Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığının prioritet istiqamətləri və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı barədə müzakirələr aparılıb.
Əməkdaşlıq sazişi aerokosmik, kimya və yüksək texnologiyalar kimi sahələr üçün mühüm əhəmiyyət daşıyan kritik mineralların işlənilməsinə imkan verəcək, eyni zamanda resursların məsuliyyətli şəkildə idarə olunmasına və daha dayanıqlı təchizat zəncirlərinin qurulmasına töhfə verəcək.
“Kritik mineralların sənaye, texnologiya və dayanıqlı inkişaf üçün rolu davamlı olaraq artır. Əməkdaşlıq sazişi bu sahənin dayanıqlı inkişaf prinsipləri əsasında işlənilməsi və fəal əməkdaşlığın qurulması istiqamətində ortaq niyyətimizi əks etdirir. Məqsədimiz bu əməkdaşlığı praktiki nəticələrə çevirməkdir”, – deyə NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov bildirib.
Saziş tərəflər arasında perspektivli kritik mineral xammal ehtiyatlarının işlənilməsi üzrə praktiki əməkdaşlığın inkişafı üçün əsas yaradır. Əsas diqqət prioritet imkanların müəyyənləşdirilməsinə, müasir texnologiyaların və beynəlxalq standartların tətbiqinə, eləcə də uzunmüddətli dəyər və qarşılıqlı fayda yaradan layihələrin həyata keçirilməsinə yönəldiləcək.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























