SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
SpaceX səhmləri çərşənbə axşamı təxminən 2 faiz bahalaşıb.
Marja xəbər verir ki, bundan əvvəl səhmlərin qiyməti şirkətin təxminən iki həftə əvvəl birjada debüt etdiyi zaman qeydə alınan ilk ticarət qiyməti olan 150 dollardan aşağı düşmüşdü. İlkin eniş şirkətin bazar dəyərinin də 2 trilyon dollardan aşağı düşməsinə səbəb olmuşdur.
Qeyd edək ki, Şirkət səhmlərini hər birini 135 dollardan təklif etmişdi. SpaceX səhmləri ticarətə hər səhm üçün 150 dollar qiymətlə başlamışdı. 16 mayda şirkətin birjada səhminin qiyməti 201,80 dollaradək yüksəlmişdi. Hazırda SpaceX səhminin qiyməti 157.06 dollardan ticarət olunur.
Elon Maskın kosmos və süni intellekt şirkəti bazar ertəsi 400 milyard dollarlıq satış dalğası ilə üzləşib və səhmləri 16 faiz ucuzlaşıb. Bundan əvvəlki iki ticarət günündə də səhmlər müvafiq olaraq 3,6 faiz və 5 faiz dəyər itirmişdi.
SpaceX iyunun 12-də rekord IPO-dan sonra böyük artım nümayiş etdirmiş, bazar kapitallaşmasına görə qısa müddətə Amazon və Microsoft-u geridə qoymuşdu. Lakin investor əhvalının soyuması ilə şirkət yenidən hər iki texnologiya nəhəngindən geri düşüb.
Şirkət bazar ertəsi prioritet təminatsız istiqrazların yerləşdiriləcəyini açıqlayıb və iyunun 19-na olan məlumata görə, sərəncamında 100,8 milyard dollar həcmində pul vəsaitləri və pul ekvivalentlərinin olduğunu bildirib.
Həmin gün SpaceX açıq mənbəli süni intellekt startapı Reflection ilə böyük həcmli hesablama gücü üzrə saziş imzaladığını da açıqlayıb. Saziş çərçivəsində Reflection-a Maskın Colossus infrastrukturuna çıxış imkanı veriləcək.
SpaceX-in səhmləri möhtəşəm debütdən sonra kəskin bahalaşmış, investorların Maskın şirkətlə bağlı iddialı planlarına sərmayə yatırmağa tələsməsi fonunda səhmlər təklif qiyməti ilə müqayisədə 50 faizdən çox yüksəlmişdi.
Lakin ötən həftənin sonuna qədər SpaceX səhmlərini alan orta statistik investor əldə etdiyi gəlirin demək olar ki, hamısının silindiyini görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















