Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
Neft qiymətləri müharibə dövründə əldə etdiyi artımı geri verib. İnvestorlar Fars körfəzində aylarla qalmış tankerlərin Hörmüz Boğazından çıxmağa başlamasından sonra qlobal xam neft tədarükünün yaxşılaşacağına ümid edirlər.
Marja xəbər verir ki, Avqust tədarüklü ABŞ xam nefti 1,66% ucuzlaşaraq bir barel üçün təxminən 69 dollara düşüb, Brent nefti isə 1,79% azalaraq 73 dollardan aşağı enib (Bakı vaxtı ilə saat 07:00-da 72,33 dollara ticarət olunub). Qiymətlər fevralın sonlarında Yaxın Şərqdə müharibə başlamazdan əvvəl müşahidə olunan səviyyələrə düşüb.
Ticarət axınlarını izləyən Kpler şirkətinin məlumatına görə, ABŞ və İran əsas dəniz nəqliyyatı marşrutunun yenidən açılması barədə razılığa gəldikdən sonra təxminən 35 milyon barel xam neft daşıyan 20-dən çox tanker Hörmüz Boğazından keçib.
İrana məxsus olmayan bu gəmilər Tehran münaqişənin ilk mərhələsində su yolunu faktiki olaraq bağladıqdan sonra üç aydan artıq müddətdə Fars körfəzində qalmışdı. Tankerlərin əksəriyyətinin avqustun əvvəlinədək Asiyadakı təyinat məntəqələrinə çatacağı gözlənilir.
Citi-nin qiymətləndirməsinə görə, hazırda əsas ssenari ciddi gərginliyin azalmasıdır. Citi Hörmüz Boğazından neft axınlarının normallaşması fonunda Brent neftinin növbəti 6–12 ay ərzində bir barel üçün 60–65 dollaradək ucuzlaşacağını gözləyir. Bank əlavə edib ki, neft qiymətlərində yay aylarında baş verə biləcək müvəqqəti yüksəlişlər “satış fürsəti” kimi qiymətləndirilməlidir.
Bununla belə, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri cümə axşamı xəbərdarlıq edib ki, Hörmüz boğazından təhlükəsiz keçid yalnız Tehran tərəfindən müəyyən edilən marşrutlar üzrə mümkün olacaq. Qurum həmçinin tranzit təlimatlarını pozan gəmilərin “tədbirlərlə üzləşəcəyini” bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























