Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Çin şirkətləri ilə 8 ədəd yeni sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması müzakirə olunubAZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive Co., Ltd.” şirkətində olub, şirkətin rəhbəri Van Çiaolin ilə görüşüb.
Marja xəbər verir ki, görüşdə Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın inkişafı və müasir hərəkət tərkibi parkının genişləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, dünyada hərəkət tərkiblərinin istehsalı üzrə aparıcı şirkətlərdən biri olan “CRRC Zhuzhou” ADY ilə əməkdaşlığın inkişafında maraqlıdır.
ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyatının modernləşdirilməsi sərnişinlərə daha rahat, təhlükəsiz, etibarlı və dayanıqlı xidmət göstərilməsi baxımından prioritet istiqamətlərdəndir:
“ADY-nin hədəflərindən biri artan sərnişin tələbatına çevik cavab verən müasir hərəkət tərkibi parkı formalaşdırmaqdır. Yeni sərnişin qatarlarının alınması üzrə danışıqlar həm şəhərətrafı, həm də rayonlararası marşrutlarda xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Görüşdə Azərbaycanın dəmir yollarında rayonlararası istiqamətlər üzrə istifadə olunacaq 4 ədəd yeni sərnişin qatarının ilə alınması bağlı danışıqlar aparılıb, “CRRC Zhuzhou” tərəfindən təqdim olunan qatarlara baxış keçirilib. Tərəflər hərəkət tərkiblərinin texniki parametrləri, enerji səmərəliliyi, süni intellektlə çalışan müasir təhlükəsizlik sistemləri, istismar dayanıqlılığı, ehtiyat hissələri ilə təminat, texniki xidmət və təlim imkanları üzrə fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 20 ədəd sərnişin qatarının alınması məsələsi də müzakirə olunub. Çin tərəfinin bu istiqamətdə təklifləri dinlənilib, layihənin texniki, kommersiya və icra mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
ADY nümayəndə heyəti həmçinin “CRRC Nanjing Puzhen Co.” şirkətində olub, bu şirkətin rəhbəri Yan Qi ilə görüşüb.
Bildirilib ki, “CRRC Nanjing Puzhen Co., Ltd.” sərnişin vaqonları, elektrik qatarları və digər hərəkət tərkiblərinin istehsalı sahəsində geniş təcrübəyə malikdir. Şirkətin bu sahədə texnoloji imkanları ADY-nin sərnişindaşıma parkının modernləşdirilməsi üzrə gələcək layihələri üçün əməkdaşlıq perspektivlərini aktuallaşdırır.
Görüş zamanı 4 ədəd yeni sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri geniş müzakirə olunub. Tərəflər qatar və vaqonların texniki xüsusiyyətləri, təhlükəsizlik sistemləri, sərnişin komfortu və texniki xidmət imkanları, ehtiyat hissələri ilə təminat, həmçinin personalın təlimi və texnologiya transferi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 6 d. əvvəl
-
27 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
39 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
49 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib






























