DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
DeepSeek təxminən 7,4 milyard ABŞ dolları məbləğində maliyyə cəlbi prosesinin son mərhələsində bütün departamentlərini ən azı iki dəfə böyütmək məqsədilə texniki və mühəndislik heyəti üzrə işə qəbula hazırlaşır.Çinin süni intellekt şirkəti DeepSeek rekord həcmdə maliyyələşmə sazişini tamamlamağa hazırlaşdığı bir vaxtda yerli rəqibləri, eləcə də OpenAI və Anthropic kimi qlobal liderlərlə rəqabətini gücləndirmək üçün bütün departamentlərinin heyətini ən azı iki dəfə artırmağı planlaşdırdığını açıqlayıb.
Marja xəbər verir ki, Hançjou şəhərində yerləşən şirkət Çinin populyar mesajlaşma platforması WeChat üzərindən etdiyi paylaşımda texniki və mühəndislik vəzifələrini əhatə edən işə qəbul kampaniyasını elan edib.
Elan DeepSeek-in Çində ən böyük vençur kapitalı maliyyələşmələrindən biri çərçivəsində təxminən 50 milyard yuan, yəni 7,4 milyard ABŞ dolları toplama prosesinin son mərhələsində olduğu bir dövrdə verilib.
Şirkət paylaşımında “Texnologiya inkişaf etdikcə, bütün departamentlərimizin heyətini ən azı iki dəfə artırmaq üçün çalışırıq” ifadələrini işlədib.
DeepSeek ötən ilin əvvəlində Silikon Vadisindəki rəqibləri ilə müqayisədə xeyli aşağı xərclə hazırlandığı iddia olunan məntiqi mühakimə modeli ilə Çinin süni intellekt yarışında önə çıxıb. Məxfilik siyasətini davam etdirən şirkət bu müddətdə yeni xidmətlər təqdim edərkən, Alibaba Group Holding Ltd.-dən MiniMax Group Inc.-ə qədər Çinin digər şirkətləri də rəqabətqabiliyyətli süni intellekt məhsullarını bazara çıxarıblar.
Şirkət əməkdaşlarının sayını açıqlamayıb. Lakin media məlumatlarına görə, DeepSeek-in əməkdaşlarının sayı ötən il 200 nəfərdən az olub.
DeepSeek işə qəbul aparacağı bir sıra vəzifələri də sadalayıb. Bunlar arasında data mühəndisləri, proqram təminatı üzrə inkişaf mühəndisləri və süni intellekt sahəsində texniki mütəxəssislər yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
59 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























