Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
Böyük Britaniyada BYD, MG, Omoda və Jaecoo kimi markalar sürətlə yayılır. Chery-yə məxsus Jaecoo 7 SUV may ayında Böyük Britaniyada ən çox satılan dördüncü model olub və Çinin avtomobil istehsalçılarının bazar payının 16%-dən yuxarı qalxmasına töhfə verib.May ayında Avropada yeni avtomobil satışlarının onda birindən çoxunu Çin istehsalı avtomobillər təşkil edib.
Marja xəbər verir ki, "Dataforce"ın analitiklərinin məlumatına görə, MG S9 SUV tipli hibrid və şarj edilə bilən hibrid modellər Çinin avtomobil istehsalçılarının may ayında Avropa satışlarında 11% pay əldə etməsinə dəstək olub. Bütün yeni hibrid avtomobil satışları bazarın təxminən dörddə birini ələ keçirərkən, Çin istehsalı tam elektrikli avtomobillərə tələb də artıb.
"Dataforce"ın analitiki Julian Litzinger bildirib: “Çinin avtomobil istehsalçıları avropalı istehlakçıların tam elektrikli avtomobillərə keçməyə hazır olmadığını erkən mərhələdə anladılar və məhsul portfellərini buna uyğunlaşdırdılar. Üstəlik, bunu əksər Qərb rəqiblərindən daha sürətli etdilər”.
Litzingerin sözlərinə görə, ən güclü hərəkətverici amil Çin markalarının istehlakçılara ödədikləri məbləğin müqabilində daha çox funksionallıq və imkan təqdim etməsidir.
BYD və SAIC Motor kimi istehsalçılar Avropa bazarına aqressiv şəkildə daxil olurlar.
Avropalı istehsalçılar çətinlikləri aradan qaldırmağa çalışırlar
Çinin avtomobil istehsalçıları satışlarını artırdığı bir vaxtda Avropadakı istehsalçılar elektrikli avtomobillərə keçid prosesində yaranan çətinlikləri aradan qaldırmağa çalışırlar. İstehsalçıların əksəriyyəti Avropa İttifaqının karbon qazı emissiyası hədəflərinin yumşaldılması üçün təzyiq göstərdiyi halda, istehlakçılar kifayət qədər inkişaf etməmiş şarj infrastrukturu fonunda bahalı batareyalı avtomobillər almaqda tərəddüd edirlər.
Xüsusi gömrük rüsumlarının tətbiq edilmədiyi Böyük Britaniyada BYD, MG, Omoda və Jaecoo kimi markalar sürətlə yayılır. Chery-yə məxsus Jaecoo 7 SUV may ayında Böyük Britaniyada ən çox satılan dördüncü model olub və Çinin avtomobil istehsalçılarının bazar payının 16%-dən yuxarı qalxmasına töhfə verib.
Çin şirkətləri ən çox Böyük Britaniya, İtaliya və İspaniyada uğur qazansalar da, Fransa və Almaniyada da bazar paylarını artırmağa başlayıblar. Bundan əlavə, avropalı rəqiblərinin artıq istehsal gücü problemi ilə mübarizə apardığı bir şəraitdə Çin şirkətləri istehsal coğrafiyasını genişləndirmək istiqamətində addımlarını da sürətləndirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
26 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















